Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Təbəssüm Mustafaeva

Qadın heç də metal mebel dəsti deyil, qadın —güldür.. O, isti, hərarətli, xoş sözlər eşitmək istəyir. Onun yolunda gecə-gündüz külüng döyməkdənsə, hər gün gözəl sözlər deməklə könlünü almaq daha xoşdur.
Sayfa 103 - QanunKitabı okudu
Reklam
Çox bilmək insanı azad eləsə də, xoşbəxt eləyə bilmir.
İnsan cəmiyyətinin sütunları xudpəsəndliyin, qorxunun və xəyanətin üstündə dayanır. İnsanlar zalımdırlar, amma, təəssüf ki, başqalarından yaxşılıq umurlar.
Sayfa 75 - QanunKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
İnsan elədiyi yaxşılıqların fərqini o zaman dərk edir ki, artıq çox gec olur
Sayfa 75 - QanunKitabı okudu
Təkliyin bircə müsbət keyfiyyəti var: tək adamı heç kəs tərk etmir. Amma hərdən gecələr təklik hücum cəkib adamın üstünə şığıyır, bax onda həyat hıçqırtı dolu melodiya kimi adamı bezdirir, tənhalıq vəhşicəsinə adamı əzir, bütün ümidlər və arzular adamı tərk edir.
Sayfa 64 - QanunKitabı okudu
Reklam
—Mən həyatımı başqa cür təsəvvür eləyirdim.. —Biz hamımız eləyik..
Sayfa 63 - QanunKitabı okudu
-çünki həqiqət ümidsiz və darıxdırıcıydı. Əsl həyat isə yalnız arzulardan və onun parıltısından ibarət idi.
Sayfa 50 - QanunKitabı okudu
Həyat daha mənasız deyildi, əksinə, yaşamağa o qədər bəhanə vardı ki..
Sayfa 35 - QanunKitabı okudu
..ad gününün də öz qəribəliyi var. Otuz yaş… Bir vaxtlar ağlıma da sığışdıra bilməzdim ki, nə varsa iyirmi yaşım olacaq. Tez böyüməyi elə çox arzulayırdım ki… sonra isə..
280 syf.
6/10 puan verdi
·
14 günde okudu
Salam. William Goldinglə tanışlığım bu kitabla oldu. Bu əsərdə sevdiyim məqamlar da oldu, sevmədiyim məqamlar da. Sanki tamlıq yox idi əsərdə. Çatışmazlıq var idi. Təhlillərə baxdım, demək olar, oxuyanların çoxu sevib bu əsəri. Ancaq mənə o qədər də sirayət etmədi. Bəlkə də müharibəylə bağlı çox kitab oxuduğumdandır ki, o hissləri ala bilmədim. Sammy Mountjoy İkinci Dünya Müharibəsində əsir düşdükdən sonra, ağır cəzalara məhkum qalır, qaranlıq bir hücrəyə həbs edilir. Və işgəncələrə məruz qaldıqca bütün həyatını gözdən keçirməyə və sorğulamağa başlayır. Uşaqlığını, gəncliyini, ilk sevgisini, dostluqlarını, bütün yaşanmışlıqlarını. O qaranlığın içindən yenidən aydınlığa çıxmağın yollarını axtarırdı öz dünyasında. Amma bu mümkün idimi? Ən çox təsir edən atası ilə bağlı anasını sorğulaması idi. Sammy atasını tanımadan böyümüş, onun kim olduğunu heç vaxt öyrənə bilməmişdi. Çünki anası hər dəfə onun suallarına yayındırıcı cavablar verib. Tanımadığı atasını öz xəyalında canlandırmaq necə bir hissdir görəsən? “Serbest düşüş” azadlığın məhv oluşunu, insanın çöküşünü, müharibənin amansız üzünü göstərir. Bəzi iztirablar var ki, insanların hayatında silinməsi mümkün olmayan ağır izlərin buraxır. Sammy o iztirabların ifadəsi idi.
Serbest Düşüş
Serbest DüşüşWilliam Golding · İş Bankası Kültür Yayınları · 2016782 okunma
Reklam
280 syf.
6/10 puan verdi
·
14 günde okudu
Serbest Düşüş
Serbest DüşüşWilliam Golding
7.7/10 · 782 okunma
360 syf.
10/10 puan verdi
·
Beğendi
·
1 saatte okudu
Vəfalı Səriyyə və ya göz yaşı içində gülüş
Cəfər Cabbarlının deyilənə görə qələmindən çıxan ilk pyesidir. 4 pərdəli, qısa məzmunlu dram olsa da, cəhalətin utanc vericiliyi, iki gəncin çarəsizliyindən istifadə edən cahil beyinlər, cəmiyyətin problemləri, qadına qarşı olunan fiziki, mənəvi şiddət çox açıq şəkildə göstərilib. Üzücü olan çox səhnələr var idi ki, məndə gərginlik yaratmağa bəs
Əsərləri  - II Cild
Əsərləri - II CildCafer Cabbarlı · Şərq-Qərb Nəşriyyatı · 200564 okunma
Şimdi sır ve korku devrindeyiz, iki yüzün olmalı, birini kalabalığa göstermeli, ötekini kendine ve Yaratıcı’na saklamalısın. Gözlerini, kulaklarını ve dilini korumak istiyorsan, gözlerin, kulakların ve bir dilin olduğunu unut.
635 öğeden 31 ile 45 arasındakiler gösteriliyor.