Lakin unutma ki, ən böyük cihad insanın öz tamahkar nəfsi və lovğa mənliyi ilə olan cihadıdır. Qılıncın ancaq qılınc qarşısında qınından çıxsın. Gücünü ancaq güclülərə göstər. Bağışlamağı bacar. Bağışla ki, bağışlanasan.
Qarşıdakı binalarda bir-iki mənzilin işığı yanırdı. Kimlər yaşayırdı, görəsən, oralarda? Bizim dərdlərimizlə kimlər qonşu idi? Kim görürdü bizim sirrimizi?