Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Sara

Təvəkkül - insanın Yaradanı yeganə sonsuz güc mənbəyi kimi qəbul edərək bütün işlərində qəlbən Ona bağlanması, fəaliyyət göstərərək nəticəni Ona həvalə etməsidir.
Reklam
Həyatın mənasının ən qısa ifadəsi bu cür ola bilər: aləm hərəkətdə və təkamüldədir. Əsas məsələ bu hərəkətə töhfə vermək, ona tabe olmaq və onunla əməkdaşlıq etməkdir. Lev Nikolayeviç Tolstoy
Unuduruq ki, dərman acı, əməliyyat ağrılıdır, ancaq faydaları danılmazdır. Üzləşdiyimiz müsibətlər də acı dərman kimi islahımıza və təkamülümüzə xidmət edir. Baş verənlərə qurbağa kimi primitiv baxmağı tərgitməsək, həyata qarşı üsyan ömrümüzü zəhərləyəcək.

Okur Takip Önerileri

Tümünü Gör
İrvin Yalomun qızıla bərabər bir tövsiyəsi var: "Yaşamağı təxirə salmaq olmaz". Bəzən xəstəlik, yaxud da başqa bir ciddi problem bizə yaşamağı unutdurur. Bütün həyatının həmin o sıxıntıdan ibarət olduğunu zənn edərək sanki öz-özünə deyirsən: "Bu problem həll olsun, vəziyyət düzəlsin, ondan sonra yaşayarıq". Ancaq problemlər heç zaman bitmir və bu gedişlə yaşamaq da ölüm yetişənə qədər təxirə salınır. Yaşamağa davam etmək üçün qarşılaşdığın xəstəliyin, problemin həyatının bir hissəsi olduğunu qəbul etməlisən.
Sındırmağa nə var ki, tutub möhkəm sıxdın, xıncım-xıncım oldu, amma düzəltmək... düzəltmək səbir istəyir, təmkin istəyir, ən əsası, sevgi istəyir. Meyar belədir: düzəldirsə, sevir, sındırırsa, nifrət edir. Şair demiş, əzizinin həyatından tikanı elə təmizləyəcəksən ki, gül toplayırsan sanacaq.
Reklam
"Məni olduğum kimi qəbul et" tələbi kim(lər)insə öz tənbəlliyinə qazandırdığı estetik bəraətdən başqa bir şey deyil.
Sara

Sara

, bir kitap okudu
176 syf.
·
Puan vermedi
·
6 günde okudu
Həzrət Eşq
Həzrət Eşqİlqar Kamil
10/10 · 9 okunma
Elə güclü olacaqsan ki, heç kim, heç nə sakitliyini poza bilməsin! İmam Əli (ə)
Qəribliyin ən ağırı insanın özündən uzaq düşməsidir.
Reklam
Hərdən olur, ən gülməli lətifə belə üzünün qırışını aça bilməyən səni yaddaşının künc-bucağında qalmış saf bir xatirə güldürür.
Gün gəlir, anlayırsan ki, bir addıma dəyməz şeylərin ardınca düz bir ömür qaçmısan...
Deyir, atacan, ailələr niyə xoşbəxt deyil? Köks ötürürəm: "Eh, qızım, çünki bir-birinin yuvası deyil, qəfəsidirlər."
Haradan gəlmisən, haradasan və hara gedəcəksən? Bunlar insanın əsas sualları olacaqdı, bəs niyə olmadı? Hansı "oyun" qatdı başını, hansı "əyləncə" yumdu gözünü?
Gərçi sən getdin, həbiba, getmədi məndən qəmin; Ey vəfasız dilbərim, səndən vəfalıymış qəmin.
521 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.