Bir az şişirtmədin ki?
-Nəyi?
"Dünyanın ən gözəl xanımı" deməklə...
-Yox, şişirtmədim, Elmar başını astadan buladı. Səbiş, sən yəni heç güzgüyə baxmırsan? Üzündə elə bir nur var ki, onun yarısını dünyadakı insanlara bölüşmək mümkün olsaydı, dünya cənnətə dönərdi.