Cahid Sh

Cahid Sh
@cahidsh
ara-sira okurum.......
muellim
ali
Baku
Agdam
11 okur puanı
Kasım 2015 tarihinde katıldı
Cahid Sh tekrar paylaştı.
MÜTLƏQ İlahi nurundan pay alan gözəl, Görsən ki, nurundan pay alaq biz də... Lütf eylə, bu səmtə bir, pişvaza gəl, Görsən ki, hərarət qalmayıb, sözdə... Ay Yerin cəzbində, təşnə Günəşə, Bülbül Gülə möhtac, qəfəs nə işə? Adam lap, mat qalır inan, gərdişə, Görsə ki, ötəsi olur yüzün də... Zaur bir, qonaqdı, külli-cahana, Niyəti bəllidi, tək Yaradana, Sürünə-sürünə yetər murada, Görsə ki, taqəti yoxdu dizində...
Sayfa 14 - KİTAP --- http://yeniyazim.com/seirler/43-mtlq.html
Reklam
Cahid Sh tekrar paylaştı.
"İstəyirdi ki, illərdi mərd ogulların nəşinə təşnə qalan, şərəfsiz düşmən əsarətində inləyən VƏTƏN TORPAĞINA yetirsin özünü... Ayağı səkiyə ilişdi, yıxılmadı səndələdi bir az... Yavaşca sağ dizi üstə çöküb, sag böyrü üstə uzandı- sol yaman incidirdi- sağ əlini torpağa tərəf uzatdı, başını qaldırıb, həsrətlə baxdı burnunun ucundakı torpağa; İlahi hələ çoxmu öz torpağımızda həsrətlə baxacayıq öz torpağımıza-dedi və başını qolunun üzərinə qoydu. Hiss etdi ki, iradəsini itirir, istədi gözlərini yumsun, ancaq göz qapaqları sözünə baxmadı. İstədi sol əlini qaldırıb, gözlərini yumsun. Qolunu bir az qaldırdı, ancaq axıra qədər qalxmadı yanına düşdü. Göy üzünə baxa-baxa kelmeyi-şəhadət gətirdi. Daha heç nə düşünmürdü, gedirdi üzü Günbatanda doğan Günəşə tərəf gedirdi... " -
Sayfa 28 - kitapKitabı okudu
Cahid Sh tekrar paylaştı.
"Buludları Ayın üzərinə örtük kimi çəkməsini, dualarının qəbul olunması kimi düşündü Seyid. Bir andaca hər yan zülmət qaranlığa qərq oldu. Bununla Uca Tanrı Seyidin yolunu açır, bu işə öz razılığın bildirirdi.Seyid dərə aşağı elə gedirdi ki, elə bil, uşaq vaxtı məktəbə gedib-gəldiyi yolla addımlayırdı. Bu yerlərin hər iki tərəfdən də dəfələrlə minalandığın bilsə də, sanki, indi yadından çıxmışdı. Futbol meydançasında top qovan kimi, qovurdu kol-kosu...."
Sayfa 16 - kitapKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Cahid Sh tekrar paylaştı.
DOSTUM Dostum, haqq yoluna qayıt indidən, Sonra əməlindən olma peşiman. Gördüyün işlərə, dediyin sözə Bir gün, sorğu-sual olacaq inan! Yaşama, dünyanı hədər yerə, sən! Sabahkı gün üçün yaşa bugündən, Nəfsin güdazına vermə ömrünü, Sabahkı yaşayış doğur bu, gündən! Xülyalar yolunda olma canfəşan, Arzu, istəyini inam üstə qur! Bugün elə yaşa, elə iş gör ki, Peşiman olma, çalınanda “sur”! 06.10.1996. Bakı.
Sayfa 28 - Kitap
Cahid Sh tekrar paylaştı.
Mən aşiq bu gecəyə, Gecə bənzər gecəyə, İstərəm tez yetişəm Bənzərsiz o gecəyə...
https://plus.google.com/112633579470080138379/posts/XabyifQ3Lty
Reklam
Cahid Sh tekrar paylaştı.
ŞEHÇİÇƏYİM Tacısan dünyamda tüm çiçəklərin, Köksündən bal süzən, tər Şehçiçəyim... Sehrinə düşmüşəm, nur ləçəklərin, Əqli başdan alan, zər Şehçiçəyim... Cəzbində qalmışam, tamam çar-naçar, Sağımda, solumda çox çiçək açar, Pərvanəyə dönüb, dövrəmdə uçar, Sərrafam, seçmişəm, dürr Şehçiçəyim... Bir kərə, bir anlıq olsa da, vüsal Ruhuma rahatlıq verməyir xəyal, Sonu ölümsə də, gəl qoynuna al, Həsrətdə yaşamaq, zor Şehçiçəyim...
Sayfa 4 - http://azpress.az/index.php?lang=az&sectionid=news&id=41161
Cahid Sh tekrar paylaştı.
ÇIX Biçarə aşiqdə qalmayıbdı can, Dilə çix, fayda yox ürək sözündə.... Bərzəxdə yaşamaq zordan zor inan, Felə çıx, işartı görüm üzündə.... * * * Nədən gen qaçırsan, bilməm ki, məndən, Görsət gül üzünü, Gün şıxsın çəndən, Qəlbinin səsini duyuram bəmdən, Zilə şıx, arzular gülsün gözündə.... * * * Ustacı qoymusan çölün düzündə, Sarı güllər bitib, çoxdan izində, Haçansa talemiz gülər bizim də, Fala çıx, hikmət var elin sözündə....
http://azpress.az/index.php?lang=az&sectionid=news&id=41180
Cahid Sh tekrar paylaştı.
SEV Sən sev, səni sevəni, seçibdi sevgi səni, Sevməyəni sevənlər sevgisində suçludur.... Sevdiyini söyləyən, seçibdi sevgisini, Sevgisin sezdirməyən sevgisində suçludur.... * * * Sevgi, sevib- sevilmək, sevənin sevincidir, Sevgi, sonsuz səxavət, sevdanın sonucudur, Sevgi, sona sərmayə, sabahın sulqucudur, Sevgisin sevdirməyən, sevgisində suçludur.... * * * Sevdalının sevgisi, sirli, sonsuz, sınırsız, Sevib, sezdirməməyi sultanlıqmı sanırsız???? Sevməyəni sevməyi sədaqətmi sayırsız???? Sevdiyini sevdirən sevgisində suçludur.... Zaur USTAC
Sayfa 1 - Dergi ---- http://yazar.in/yazi_sev_3802.html
TUNCAYA Tanrı tutub, ağ torpaqdan mayanı, Gündoğandan Günbatana sənindi! Nişan verib, yeddi günlük Ayını Əksi düşən tüm torpaqlar sənindi Xəzəri ortaya düz qoyub nişan,
Sayfa 24 - kitap
56 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitab Agdamın bütün mekteb kitabxanalarında var. Mən də Quzanlı qəsəbə kitabxanasından götürüb oxumuşdum. Çox xoşuma gəldı. Bakıya gələn kimi tapıb aldım ki, kitabxanamda olsun..... Asger heyatini 2-3 günü ele tam dolğun təsvir olunub ki... ele bil hadisələr illər boyu cereyan edir....
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac · «MTR group» nəşriyyatı · 2011251 okunma
Reklam
56 syf.
10/10 puan verdi
·
Beğendi
Orientir Yıldızı
Orientir YıldızıZaur Ustac
9.9/10 · 251 okunma
53 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.