Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

209 syf.
10/10 puan verdi
·
Beğendi
·
29 saatte okudu
Salamlar. Narnia serisini təzədən oxumağa qərara gəldim. Əslində ilk kitabdan başlamalı idim, amma müzakirəyə gecikdiyim üçün ilk sonuncu kitabı oxumalı oldum yenidən. İlk dəfə bu kitabı oxuyanda sonu məni həm təccübləndirmiş, həm də duyğulandırmışdı. İndi isə təəccüb hissini təbii ki yaşamadım. :) Ancaq kədəri yenidən hiss ettim. Bəzən düşünürəm bu seri uşaqlar üçündür, amma xeyr, bu kitabı yalnız uşaqlara aid etməyimiz səhv olar. Çünkü bəzi alıntıları, cümlələri elədir ki, insanı yenidən oxumağa, başa düşməyə vadar edir. Kitabın yazım dili, təsviri və ən əsası mövzusu insanı cəlb edir, sanki bu sehrli dünyanı kəşf etməyə çağırır yazıçı bizi. Serini ümumi götürsək, heç bir kitabda marağını itirmir, əksinə getdikcə artır. Sonuncu kitabı ilk oxuyanda bəzi hissələrinə diqqət etməmişdim, lakin indi oxuyanda o hissələrə önəm verdim və daha yaxşı anladım. Bu kitab ilk meymun Külyutmaz və eşşək Şaşkaloz ilə başlayır. Birinci ikisinin xasiyyəti haqqında məlumat vermək ehtiyacı duyuram. :D Külyutmaz özündənrazı, ağıllı, lovğa və dostluqdan çox öz mənafeyi üçün çalışan bir obrazdır, bunun əksi isə "dostu" Şaşkalozdur, o isə saf, fədakar bir obrazdır. Bir gün bunlar bir gölə gedir, gölün ortasında aslan cəsədi olur. Meymun istəyir götürsün, amma təbii ki heç bir iş görmədiyinə görə Şaşkaloza deyir ki, sən götür. Ancaq hava soyuq olduğu üçün ilk dəfə eşşək onun dediyini rədd edir, bu zaman meymun özünü bizim dildə formal olaraq desək özünü artistliyə qoyur ki, bəs mən götürərəm, sən heç dostunu düşünmə, xəstələnərəm, ölərəm. Saf obrazımız olan Şaşkalozun ürəyi tab gətirmir və özü götürür. Meymun da qərara gəlir, dərini elə edir ki, Şaşkaloz geyinsin, özünü aslan kimi aparsın. Şaşkaloz çalışır ki qəbul etməsin, amma təbii ki faydası olmur, Külyutmaz inadından dönmür. Bu hərəkəti özü ilə bərabər Narniaya fəlakətlər gətirir. Meşələr dağılır, Narnianın düşməni olan Tarkaanlar gəlir, təbii ki bundan başqa da çox şeylər olur. Əsas qəhrəmanımız, Narnianın sonuncu hökmdarı Tirian da çalışır xilas etsin Narnianı. Ona da bu yolda Jill, Edmund, Cevher kömək etməyə çalışır. Sonra da bu siyahıya yeni insanlar, heyvanlar da daxil olur. Onların adını çəkməyəcəm. :D Ümumiyyətlə, seri çox gözəldir və özünü sevdirməyi bacarır, hər kəsə tövsiyə edirəm, oxuyun və oxutdurun, heç nə itirməyəcəksiniz, insanın xəyal dünyasını genişləndirir, yeni fantaziya dünyası yaranır. Sadəcə mən ilk dəfə oxuyanda bir səhv etmişdim, o da sırasını düzgün axtarmamışdım, qarışıqlıq olmuşdu. Onun üçün istəyirəm oxuma sıralamasını paylaşım. Büyücünün Yeğeni Aslan, Cadı ve Dolap At ve Çocuk Prens Caspian Şafak Yıldızı’nın Yolculuğu Gümüş Sandalye Son Savaş Hər kəsə xoş oxumalar. :)
Son Savaş
Son SavaşC. S. Lewis · Doğan Egmont Yayıncılık · 20121,003 okunma
··
114 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.