Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

536 syf.
9/10 puan verdi
·
15 günde okudu
Özləri kimi taleləri də qara olan insanların həyatından bəhs eden bir roman. Nə qədər təsirli və düşündürücü!!! İnsan həyatının, hisslərinin heçə sayıldığı, qürurunun tapdandığı bir dövrdən, quldarlıq quruluşunun sərt, qəddar qanunlarından bəhs edən dəhşətli əsərlərdən biri. Hər şeyə rəğmən insanlığını itirməyən və bu quruluşun bir parçası olmağı istəməyən insanların quruluş qarşısında gücsüzlüyü... Tom dayı səninlə vidalaşmaq nə qədər ağrılı və çətin olsa da, sənin mətanətin, inancın, mərdliyin mənə çox şey qatdı... Yaddaşıma Tom dayi, Yeva, Xloya xala, miss Şelbi, Mister Sen Klar, mister Corc Şelbi, Eliza Harris, Corc Harris, Kassi, Topsi, ve s..... kimi heç vaxt unutmayacağım qəhrəmanlar həkk olundu... **** Alıntılar Bu bir həqiqətdir ki, bilmirsən bu dünyada qazandığın nədir, itirdiyin nə! Dünyamızda elə gözəl, saf ürəklər var ki, onların kədəri - ağrısı da başqaları üçün xoşbəxtliyə çevrilir; onların məzara gömülmüş, acı göz yaşlarıyla suvarılmış dünyəvi ümidlərindən də sanki bir toxum cücərmiş kimi, çilik - çilik olmuş yaralı ürəklərə məlhəm güllər açılıb boy atır. Quldarlıq quruluşu həm əzilənlər, həm də əzənlər üçün eyni dərəcədə rüsvayçılıq idi. Qadın gözəl, ismətli olduğu qədər başı bəlalıdır... İnsanın mənəvi düşkünküyünün ən birinci səbəbi tənbəllikdir. Tərbiyə haqda nə deyirlrr-desinlər, mənim bildiyim budur ki, uşaqlarda, olsa-olsa, onlara irsən keçən, anadangəlmə qabiliyyətlər inkişaf edir. Bayronun, Murun, Hötenin müdrik kəlamlarında ruhani duyğular, hər gün bu duyğularla yaşayan dindarların sözlərində olduğundan daha doğru-düzgün öz əksini tapmışdır. Xeyirxah iş tutmayan adam istər-istəməz, şər əməllərə şərait yaradır. Kölənin əli hakimiyyətə yetişəndə, həmişə zülmkara çevrilir. Qəddar adam vehşi heyvandan daha betərdir. Bu dünyada mövhumatçı adamlar Allahı unudanalardır! Qorxmayın cismi öldürənlərdən, ruhu ki öldürə bilmir onlar! Nə böyük xoşbəxtlikdir inanmaq!!!
Tom Amca'nın Kulübesi
Tom Amca'nın KulübesiHarriet Beecher Stowe · Can Yayınları · 20211,740 okunma
·
151 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.