Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

384 syf.
8/10 puan verdi
·
6 günde okudu
Barbarlar şehri uzun zamandır, rəfdə gözlətdiyim kitablardan birisi idi. Başlamadan əvvəl xırda bir araşdırma etdim, və bəzilərinin "mütləq oxunmalı bir kitab deyil, ama əlimizdə varsa onu oxumağı ilk sıraya çəkin" kimi yazılarını gördüm və oxumağa başladım. Kitabı biraz uzun zaman oxudum, normalda bu tip kitabları 3-4 gün ərzində oxuyurdumsa, bunu 6-7 günə bitirdim. Səbəbi isə kitaba adaptasiya olmaqda çətinlik yaşamağım idi. Bu səhv etmirəmsə yazarın ilk kitabıdır. Bundan qaynaqlı biraz durğun ilərləyir kitab. İlk 100 səhifə çox ağır ilərləyir, sonra sürət biraz artdı və 270lərdən sonra rahat ilərlədi. Kitabın mövzusuna gəlsəm: Distopik bir dünyada keçir hər şey. Müharibə insanları parçalayıb. Dünya məhv nöqtəsinə gəlib çatıb. Rolladin adlı başçı isə, Monhattanın yerli əhalisini bir yerə yığaraq onlara yeni bir həyat şansı yaradıb. Orada yaşayan Miller ailəsinin isə həyatı göründüyündən çox daha qarmaşıqdı. Kitab 2bacı- Skyler Miller, Phoenix Miller- və Sarah Millerin(anaları) keçmişi, sirləri qurtulma və həyatda qalma cəhdlərinə işıq tutur. Bir gün Sky'ın anasının köhnə günləri yazdığı gündəliyini tapması ilə işlərin rəngi dəyişir. Kitab həm Sky'ın həm də Phee'nin dilindən yazılıb. Niyə 2li yazıldığını isə sonda çox gözəl bir şəkildə anlayırıq. Sky və Phee'nin arasındakı münasibət mənə çox təsir edici gəldi. Bir-birlərindən o qədər fərqli obraz olmaqlarına baxmayaraq, onları bir-birlərindən daha yaxşı tanıyan heç kim yox idi. Kitabı ümumi olaraq bəyəndim, sadəcə azca sıxıntım oldu ki bu da deyəsən Distopik əsərlərə bir şəkildə isinə bilməməyimdən qaynaqlanır. Kitabın sonu isə mənə başqa bir kitabdakı bir cümləni xatırlatdı. " Özgürlüğün bir bedeli vardır."
Barbarlar Şehri
Barbarlar ŞehriLee Kelly · Yabancı Yayınları · 2017602 okunma
·
111 görüntüleme
Nihal okurunun profil resmi
Kitab üçün yaş həddi nə qədərdir? İçinizdə seksuallıq varmı? Satın almağı düşünürəm, kömək etsəniz sevinərəm ( bu arada ben Türkiyedenim bu yazıyı çeviriden yazıyorum cümlede hata varsa şimdiden özür dilerim 🌸)
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.