Gönderi

207 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Sosuke Natsukawa - Kitapları Kurtaran Kedi
"Ben de Nietzsche'yi severim." "Şu dünyada Nietzsche'yi sevdiğini söyleyen yığınla insan bulursun," dedi adam, yine başını kitaptan kaldırmadan. "Fakat bunu, Nietzsche'nin eserlerini gerçekten okuyup da söyleyenler parmakla sayılacak kadar azdır. Cımbızlanmış laflarına ya da omurgasından sıyrılmış özetlere bakarak, moda olmuş bir palto gibi Nietzsche giyer çoğu. Sen de öyle misin?" 207 səhifəlik, qısa, ancaq bir o qədər də anlamlı, kitablara olan sevginizi sorğuladacaq, fərqində olmadığınız bir çox səhvi görməyinizə səbəb olacaq, həmçinin ürəyinizi isidəcək, kitabları xilas etmək haqqında bir kitab. • Mövzusundan danışmalı olsam : Əsərin baş qəhrəmanı olan Rintaro Natsuki adi bir lisey şagirdidir. Babasının ani ölümündən sonra özünü yalnız hiss edən Rintaro "Natsuki Kitab Evi"nə qapanır. Ancaq babasının qurmuş olduğu bu kitab evi digər kitab evlərindən fərqlidir... Burada yalnız keçmişdən bu günə kimi gəlib çıxmağı bacaran, özündə gerçəkdən güc daşıyan, artıq yeni nəşrlərinə nadir rastlanan dəyərli kitablar toplanmışdır. Və digər kitab evlərindən fərqli olaraq, bu kitab evinin uzun koridorunun sonunda tanıdığınız bütün pişiklərdən fərqlənən - danışa bilən bir pişiklə qarşılaşmaq şansınız var : Tekir. "Bir kedi mi?" "Kedi olması hoşuna gitmedi mi?" Bütün bu qəribəliklər azmış kimi, bu pişiyin kitabları qurtarmaq kimi bir məqsədi də var - təbii ki, Rintaro'nun yardımı ilə. Başlanğıcda tərəddüd etsə də, Tekir'in israrları Rintaro'nu razı salır və beləliklə, macəra başlayır... • Ümumən, kitab haqqında rəy bildirməli olsam: Yapon ədəbiyyatından oxuduğum ilk əsər olan "Kitapları Kurtaran Kedi", mənim üçün çox özəl kitablardan birinə çevrildi və Yapon ədəbiyyatından oxuduğum ilk kitab olsa da, son kitab olmayacağına əminəm artıq. "Bazen her satırı inceler, aynı metin içerisinde gidiş gelişler yaparak tekrar tekrar okur, başını iki elinin arasına alarak ilerlersin. O bunaltıcı süreç sonunda birden görüş alanın açılır. Uzun mu uzun dağ yolunu tırmandıktan sonra tüm manzarayı görebilir hale gelmek gibi." Kitabı gələcəkdə mütləq bir daha və bir daha, təkrar-təkrar oxuyacam. Mövzusu bəsit görünə bilər, ancaq bu, çox yanlış önyarğı olardı. Zira düşündüyünüzdən daha çox problemə toxunulur kitabda. Kitabın dili isə olduqca axıcı və anlaşıqlıdır. "Balaca Şahzadə" kimi hər kəsin oxuyub anlaya biləcəyi, ancaq hər yaş dövrünün özünə görə anlam qazandıracağı kitablardandır yəni. Bu arada, bəlkə, çox əlaqəsiz olacaq, ancaq Rintaronun eynəyinin kənarına toxunaraq düşünmə tərzini La Casa De Papel'dəki Profesör'ün tez-tez eynəyin ortasına toxunması və əksərən bu zamanlarda yeni bir ideya tapması ilə bənzədən tək insan olmadığımı düşünmək istəyirəm. • Son olaraq, Bu kitabı oxuyarkən tələsməyin, diqqətlə oxuyun. Hər labirintin sonunda özünüzə oxuduqlarınızın üstündən keçmək, düşünmək üçün zaman verin. Çünki kitabların gücü, kitabların ürəyi vardır. Bu gün sevərək oxuyub xilas etdiyimiz kitablar, zamanı gəldikdə bizi xilas edər. Buna bütün qəlbimlə inanır, sizin də inanmağınızı diləyirəm. "Mademki tırmanacaksın, yüksek olan dağa tırman. Manzarayı görürsün." Xoş mütaliələr...
Kitapları Kurtaran Kedi
Kitapları Kurtaran KediSosuke Natsukawa · Turkuvaz Kitap · 20202,727 okunma
·
92 görüntüleme
admiral914 okurunun profil resmi
şərhiniz çox açıqlayıcıdır , kitab haqda demək istədiklərim tam da budur❤
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər, fikirlərinizi müzakirə günündə görmək üçün səbirsizlənirəm 🤩
5 sonraki yanıtı göster
Tinuviel okurunun profil resmi
Və Rintaronu professora bənzətmirdim normalda. Amma sən deyəndən sonra bənzətməyə başladım o epizodu😁
İnci Zadə okurunun profil resmi
O hərəkəti hər edəndə gözümün önünə kiçik Profesör gəlirdi🤣
Tinuviel okurunun profil resmi
Sanırım bu kitabı bir gün bir daha oxuyacam. Hakk edir
İnci Zadə okurunun profil resmi
E tabi dnndndn
Tinuviel okurunun profil resmi
Çox, çox, çox qəşəng bir şərh🥺💜
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər, efendim🥺💜
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.