Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

600 syf.
8/10 puan verdi
·
16 günde okudu
Kaputt parçalanmış, məhv olmuş deməkdir. Parça-parça olmuş həyatlar. Malaparte həm diplomat, həm yazıçı, həm də jurnalist kimi fəaliyyət göstərib. Hətta ilk öncələr Hitler, Mussolini tərəfində olub. Amma həqiqətləri gördükcə uzaqlaşmağa başladı və bəzi səbəblərdən dolayı onu həbs etmişdilər. O, həm birinci dünya müharibəsinin, həm də ikinci dünya müharibəsinin iştirakçısı olub. Kaputt ikinci dünya müharibəsindən bəhs edir. Malaparte bütün bu yaşanmışların canlı şahidi olub. Və yaşadığı, gördüyü nə varsa qələmə almışdır. Hətta yazıları itməsin deyə onları paltosunun astarının içinə iynəliyirmiş. Amma sonra Laplandiyada ağır xəstələnir və əlyazmalarını özü ilə İtaliyaya apara bilmir. Buna baxmayaraq əlyazmaları sonralar diplomat dostlarının sayəsində ona çatdırılır. Mussolini devriləndən sonra isə artıq kitabını nəşr elətdirir. Kaputt dəhşətlərlə dolu olan kitabdır. 1940-45-ci illərdə ikinci dünya müharibəsində Avropa ölkələrinin başına gələnlər, insanların hansı faciələrlə üzləşdiyini qələmə alınıb. Bu müharibədə hər şey məhv olub. İnsanlıq məhv olub, həyat məhv olub, yaşanmışlar məhv olub. Görə biləcəyiniz, hiss edə biləcəyiniz hər şey məhv olub. Müharibənin iyrənclikləri, Hitlerin müsibətlər yaşatması, Yəhudilərin soyqırımı, heyvanlara edilən zülmlər, aclıqdan, susuzluqdan əsgərlərin bir-birini yeməsi, təcavüzə uğrayan qızlar, bir sözlə müharibənin parçaladığı həyatlar və bunları deyə-gülə, sevinclə danışan və əməllərinə haqq qazandıran Almanlar. Bütün bunları oxuyarkən dəhşətə düşürüksə, bir də o dövrü canlı yaşayanları düşünə bilmirəm. Ümid edirəm tarix bir daha bu zalimlikləri yaşamayacaq.
Kaputt
KaputtCurzio Malaparte · Can Yayınları · 2014157 okunma
·
302 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.