Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

160 syf.
8/10 puan verdi
·
28 saatte okudu
Angela Nanetti-Dedem bir kiraz ağacı( Babam gilas ağacı) İtalyan uşaq ədəbiyyatı. Müəllif "Çocukluk dünyası" kitabiyla Hans Kristian Andersen mükafatınin sahibidir. "Dedem bir kiraz ağacı"kitabi isə Chronos mükafatını qazanıb və 2015ci ildə isə qısa metrajlı filmi çəkilir eyni adla. Italyan ədəbiyyatının çox şirin dili var. Uşaq ədəbiyyatıdirsa,ümumiyyətlə ləzzət verir. Məni taaa ,uşaqlığıma, mamagilin kəndinə qaytardı. Kitabdan bircə baş qəhrəman Toninonun adı yadımdadır. Hekayə də onun dilindən anladılır. Toninonun Ana nənəsinin ölümünü,babasının xanımına olann sevgisini ifadesi duyğu doluydu. Toninonun babasına görə insanlar ölmür, onların ruhları bir şeydə həyatlarını davam etdirir. Nənə də ördəkdə davam edirdi. Baba ördəyə xaniminin qulluq etdiyi kimi baxır, onun xiffətini çəkirdi. Sonradan Tonino da Babasının ruhunun ağacda davam etdiyini düşünəcəkdi. Tonino ata tərəfi çox da sevmirdi diyəsən. Onlarla çox soyuq münasibəti vardı,elə onların da Toninoyla.Lap bizim mentalitetdəki kimi. Ana-ata ilə ata babasiyla nənəsinin münasibəti uşaqda qəribə hisslər buraxirdi, ata babasi və nənəsinin vecsizliyi, bəzən qəflətən onlarin Toninonun ata-anasiyla yaşadiqlari mübahisədən travma yaşadığını da hiss etmək olardi. Uşaq ədəbiyyatı yazanda gərək öz içindəki uşağı da yaşamağı ,xatırlamağı,o ana qayıtmağı, zamanda səyahəti,özünü uşaq etməyi bacarasan ki, yazilan da insana yaşatsın onu. Tonino tətillərdə babasıyla kənddə qalır, Gilas ağacına çixmaği babasindan öyrənirdi. Hələ baba o yumurtanı şəkərlə qarışdırib,krem edirdi...nənəmgilin diliylə "gogli-moqli"-sini andırdı. Babayla nəvə arsında olan o istilik, o ušaqlıq eyni nənəmlə mən idim sanki. Baba çox çılğın,inadcı idi. Qoca yaşında bələdiyyəyə etiraz kimi ağaca çixmaqdan da çəkinmirdi. Sonra Tonino doğrudan da bələdiyyənin yol üçün Babasinin çox sevdiyi Gilas ağacını kəsməyə çalışanda onu çılğınlıqla qoruyur. Kitab çox əziz,mehribanlıq verdi mənə. Nənəmin qoxusunu, kəndi qoxusunu xatirladirdi hər dəfə. Qoxu çox önəmli ünsürdu xatirədə diyəsən. Yumurtayla şəkərdən hazirlanan,soyudulmuş krem qoxusu da,qurudulmuş ərik qoxusu da ayrı gözəl qoxulardı,sanki insanlar o qoxuda yaşayır,ölmür,o qoxu insana qəribə rahatlıq verir.
Dedem Bir Kiraz Ağacı
Dedem Bir Kiraz AğacıAngela Nanetti · Günışığı Kitaplığı · 2011970 okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.