Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

383 syf.
8/10 puan verdi
·
9 günde okudu
Hər zaman psixoloji romanları oxumağı çox sevmişəm. Ancaq bu kitabı oxuduğum digər psixoloji romanlardan fərqləndirən bir çox xüsusiyyətlər var. Sigmund Freud, Yalom kimi psixoloqların qələmə aldığı mövzular bizim cəmiyyətimizdəki psixoloji problemlərlə o qədər də uyğunlaşmır. Türk həyat tərzinin, düşüncə tərzinin bizə daha yaxın olmasından Gülseren Budayıcıoğlunun kitabında mən daha çox BİZ'İ tapa bildim....   Psixoloqun yanına gələn hər xəstənin problemlərinin ortaq bir başlanğıcı var idi: SEVGİSİZLİK. İnsanlar sevgiyə, sevilməyə, dəyər görməyə necə də acdırlar... Xüsusən ailədə dəyər, sevgi görməyən insanlar,bu sevgisizliyi öz ailələrinə, öz şəxsi münasibətlərinə daşıyırlar. Nəticədə isə yenə bədbəxt ailələr, xoşbəxt olmayan insanlar formalaşır. Uşaq yaşlarından sevgisiz böyümüş bir insanın ətrafına sevgi yaymasına gözləmək olmaz. Bəzi insanlar isə ailədə tapa bilmədiyi sevgini başqa insanlarda axtarmağa çalışır.    Kitabın dilidə çox axıcıdır. Bir çox psixoloji kitab  kimi qarmaqarışıq terminlərdən çox istifadə olunmayıb. Kitab daha çox həkim-xəstə söhbətləri üzərində qurulduğu üçün daha sadə və anlaşıqlıdır. Kitab bölümlərdən ibarətdir. Ən sevdiyim bölümlər "Kelebeğin Ömrü", "Çöp apartmanı" və "Cinini çıkardım" oldu. Bu bölümləri oxuyanda həmin hadisələrin real həyatda baş verdiyini bilmək məni çox üzdü. Amma bu insanların yenidən həyata qayıtması, cəmiyyətdə özlərinə yer tuta bilmələri məni bir o qədər də xoşbəxt etdi. Fərqli həyatlarla, fərqli problemlərlə tanış olduqca insan başqalarını daha yaxşı anlamağa və önyarğılarından qurtulmağa başlayır. Əslində, mən insanlarla qarşı çox önyarğılı biri deyiləm. Amma kitabı oxuduqca, başqa problemlərlə tanış olduqca içimdə azda olsa qalmış olan önyarğılarımdan xilas oldum. Oxunması lazım olan ən gözəl roman insandır. Hər insan başa düşülmək, sevgi görmək, dəyər görmək istəyir. Bunlar bizim həyati tələbatlarımızdır. Ətrafımızdaki insanları anlayaq, onlara sevgi göstərək ki, onlarda başqalarına həmin sevgini ötürə bilsinlər. Çünki, sevgi paylaşdıqca çoxalır. Son olaraq, bu kitabı oxuyun və mümkün qədər başqalarına tövsiyə etməyə çalışın. Əminəm ki, hər kəs özündən nəsə tapacaq bu kitabda.
Madalyonun İçi
Madalyonun İçiGülseren Budayıcıoğlu · Remzi Kitabevi · 202018,1bin okunma
·
1.219 görüntüleme
Jake Epping okurunun profil resmi
Lev Nikolayeviç Tolstoy - etiraf kitabın oxumağınızı tövsiyə edirəm bitirdikdə fikrinizi bilmək mənim üçün əhəmiyyətlidir.
Nurlana İsmayılova okurunun profil resmi
Tövsiyəniz üçün təşəkkür edirəm. Mütləq oxuyacam.
Jake Epping okurunun profil resmi
Fikirləriniz və tövsiyəniz faydalıdır.
Nurlana İsmayılova okurunun profil resmi
Təşəkkür edirəm.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.