Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

336 syf.
8/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Gəlin danışaq İsi Məlikzadə'dən. Tövsiyə üzərinə oxuduğum ilk kitab oldu. Əks təqdirdə bu kitab da həyatım boyunca oxuya bilməyəcəyim tozlu kitabların tozlu rəfində öz yerini qoruyacaqdı. Hətta sadəcə bir-iki kiçik hekayəsini oxumaqla yetinəcəkdim. Bir hekayə, iki hekəyə deyib bir də baxdım povestləri oxumağa başlamışam və beləcə də kitabı bitirməyimə səbəb olan amil bəlkə də uzun müddətdir Azərbaycan ədəbiyyatından ayrı düşməyim idi. İsi Məlikzadə 60'cı İllər Nəsli Modern Azərbaycan Ədəbiyyatının banilərindəndir. Əsərləri ideallaşdırılmış qəhrəmalardan daha çox reallığa dayanır və 60-90'cı illər Azərbaycan kəndlisinin həyatının mənəvi-əxlaqi predmetləri üzərinə qurulub. Mənim də ən çox sevdiyim bu məqam oldu. Əsasında da əsərlərinin sonluğu – bitiriş, son nöqtəni qoyma üslubu. Özünün də yazdığı kimi: "Xoşbəxtliyə aparan yolda neçə uçurum var..." Uçurumlara gəlmədən kitabın içindəkiləri əvvəlcə belə qeyd edim: Povestlər: – Evin Kişisi – Küçələrə Su Səpmişəm – Quyu – Dədə Palıd – Gümüşgöl Əfsanəsi Hekayələr: – Oğul – Duz – Talisman – Qatarda – Şehli Çəmənlərin İşığı Gümüşgöl Əfsanəsi povesti "Bəbək", "Nizami" filmlərinin rejissoru Eldar Quliyevə ithaf olunub. Mənim favoriti hekayəm olan "Qatarda" isə dahi və sevimli aktyorumuz Həsənağa Turabov'a. İndi uçurumlara gəlsək uzun uzadıya hər bir hekəyəsini, povestini, obrazlarını müzakirə etmək olar. Adətimə və Oblomovluğuma sadiq qalıb, bu incələmədə buna lüzum görmürəm. Bənzətmə olaraq; sanki, bir "Park", "Ölsəm Bağışla", "Güllələnmə Təxirə Salınır" izləyirsən o qədər. O qədər deyirəm, amma inkar olunmazdır ki, bu filmlər Azərbaycan filmləri içində necə böyük dəyərlərə sahibdir. Bu kitabda onlardan biri və bu dəfə o dövrlər ağ-qara lentlərdə yox, rəngli film lentləri kimi xışıldayıb, axıb getdi təsəvvürümdən. Baxmayaraq ki, 60-90 illər Azərbaycan kəndlisinin həyatını ələ alınır, amma deyə bilərəm ki, uşaqlıqdan şahid olduğum şeyləri bir də kitabdan oxuduğum üçün üzərimdə çox də böyük təsir buraxmadı. Lakin, demək olar ki, bütün bu əsərlərində ya özümü ya da kəndimizdən birilərini oxuyurdum. Ən çox bəyəndiklərim isə "Quyu", "Dədə Palıd" povestləri və "Qatarda" hekayəsi oldu. "Qatarda" hekayəsindəki Dadaşov isə həsəd apardığım insan obrazı idi. "Dədə Palıd" povesti s.159: "Nə qədər ki, Dədə Palıd burdadı, Bağır dünyanın qədimliyinə də, əbədiliyinə də inanır." 336 səyfilik kitabdan ən əsası bu alıntını qeyd etmək istədim. Dədə Palıd daha doğma gəldi mənə. Kür çayı olduğu üçün də daha əziz. Hamımızın həyatında bir "Dədə Palıd" var. Bax həmin "Dədə Palıd"ın hər yaz yarpaqları yaşıllaşdıqca, qışın qarına, boranına, sərt küləyinə baxmayaraq dik durduğu müddətcə əbədiliyinə inanırıq, əbədi sanırıq. Dədə Palıdın vaxtı gəlib, öldüyü zaman isə həyatımızın dönüm nöqtəsi başlayır.
Seçilmiş Eserleri
Seçilmiş Eserleriİsi Məlikzadə · Şərq-Qərb · 200522 okunma
··
183 görüntüleme
İnci Zadə okurunun profil resmi
Oblomovluğa sadiq qalmaq 😀🤝🏻
Nihad Manafov okurunun profil resmi
İçimizde var bir Oblomov geçinip gidiyoz işte 😄
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.