Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

88 syf.
·
Puan vermedi
"Yazılarım sənin haqqında idi. Tək elədiyim sənin çiyninə baş qoyub deyə bilmədiklərimi yazmaqdır." Ata və oğul münasibətindən bəhs edilir. "Ataya məktub"u oxuduqdan sonra Kafkanı anlamağa başladım. Başqa əsərlərini, çarəsizliyini, üsyanlarını, yetinmədiyini düşünmələrini.. Düşünürəm ki, ailədə əsas "Ata" modeli bütün üzvlərə təsir edir. Kafkanın atası onu balaca görən, daima qınayan, onun istək və arzularına məhəl qoymayan bütün dünya ilə davası olan biridir sanki. Kafkanın bütün çırpınışları atasının onu görüb, duyması ilə bağlıdır. Qəribədir kitabın adı da Atama yox "Ataya məktub" dur. Yəni Kafka heçvaxt onun oğlu kimi hiss etməyib. "Dönüşüm" və oradakı iztirabları da anlamaq olar bu kitabı oxuduqdan sonra. Anası ilə münasibəti yaxşı idi. Kitabda belə bir cümlə keçir:"-anama istədiyim vaxt sığına bilərdim. O məni qoruyurdu ancaq sadəcə atamdan" sanki atasının ona aşıladığı hisslər daha doğrusu ağrılar Kafkanı bütün dünyadan küstürmüş və böyüməyinə icazə verməmişdir. Atası heç Kafkanı döyməsə də o bütün cismi ilə o varlıqdan qorxurdu bu qorxu o qədər dərinlərə enmişdi ki, Kafka həyatı boyu hərşeyə bu qorxunun verdiyi hisslər ilə yanaşır. "Sənin başqalarına qarşı duyduğun güvənsizlik belə, mənə aşıladığın və özümə qarşı duyduğum güvənsizlik qədər böyük deyildi.." Hər bir insanın oxumağını tövsiyyə edirəm hələki Kafkanın atası kimi ruhsuz, sevgisiz biri isəniz evlənməyin. Dünyaya qanadsız quşlar verməyin törəməsəniz dünyadan heç nə əksilməz. Xoş mütaliyələr. "Sən uşaqlığımdan bəri fərqində olaraq ya da olmayaraq məni əngəllədin, hətta, çeynəyərək yox etdin"
Babaya Mektup
Babaya MektupFranz Kafka · Panama Yayıncılık · 201740,7bin okunma
·
209 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.