Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
8/10 puan verdi
İlk öncə adı sevgi hekayəsi kimi başlayan kitab oxuduqca məni daha da əsəbləşdirir, iki sevgilinin bir-birinə qarşı hisslərinin bu qədər adi və zəif olması, verdikləri qərarlar, danışdıqları söhbətlər hamısı əsəbimə toxunur və məndə kitabı kənara atmaq istəyi yaradırdı. Suzan çox özünübəyənmiş və ancaq öz istəkləri üçün yaşayan eqoist, Filip isə Suzana qarşı sevgisini uzun müddət davam etdirməyə gücü çatmayacaq qədər aciz idi. (Düzdür o, neçə illər gözlədi, Suzan özü də belə olmasına şərait yaratdı) Hekayəyə Mariya daxil olduqdan sonra kitabın mövzusu daha mənalı hala düşdü, çünki istədiyim sevgini Mariyada görə bildim. Onun illər boyu Filip üçün çəkdiyi əziyyətlər, qurban verdikləri, və üstəlik Filippin hələ də Suzanş sevdiyini bilə-bilə onunla ailə qurması fədakarlıq hesab edilə bilər: özünü, sevgisini və işini fəda etməsi. İllər sonra gələn bir məktubla bütün hadisələr dəyişilir və onlar tamam başqa bir həyat tərzinə öyrəşməyə məcbur olurlar. Bu proses özü də çox ağrılı prosesdir, bu yolda ən çox əziyyət çəkən yenə Mariya oldu. Qızın o cür hərəkətləri başadüşülən idi, nə də olsa Suzanın qızıdır. Lakin, ondan daha ağıllı və daha qayğıkeş. Mariya onu bir az da olsun dəyişə bildi, onda daha humanist xarakter formalaşdıra bildi. Kitabın ən ağır cümləsi Filippin Suzana dediyi "Bütün bunlar niyə başımıza gəldi, Suzan?" cümləsi idi. Filip hələ də onu sevirdi... Suzan obrazından anladığım həyatda bu qədər eqoist olmaq lazım deyil. O, Filippə qarşı daha mərhəmətli olmalı və onunla yolunu ayırmalı idi. Yanlız elədə Filip daha xoşbəxt olar və çəkdiyi ağrıları çəkməzdi.
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014659 okunma
·
270 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.