Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

394 syf.
10/10 puan verdi
Piter Franklin batmaq üzrə olan "Qlobal proqram texnologiyaları" şirkətinin sahibidir. Onun köməyinə dostu Culian Məntl çatır. İnfarkt keçirən Culian Himalayda Sivana icmasının rəhbəri Yoq Ramanın tələbəsi olmuş, onun sayəsində psixoloji və fiziki cəhətdən sağlamlığına qovuşmuşdur. Culian inanılmaz şəkildə cavanlaşmış və gümrahlaşmışdır. Beləki o özünü təqdim etdikdən sonrada Piter keçmiş dostunu tanımaqda çətinlik çəkir. Culian Yoq Ramandan öyrəndiyi liderlik sirlərini dostu Piterə öyrətmək üçün onun ofisinə gəldiyini bildirir. Culianla Piterin görüşləri fərqli məkanlarda olur. Culian dostuna olduqları ortama uyğun olaraq məsləhətlər verir. Basketbol oyununda baş məşqçini, parkda həyat yoldaşı ilə gəzən kişini ona nümunə göstərir. Həmdə təkcə adi insanlardan yox tanınmış şəxsiyyətlərdən də örnəklər gətirir. Hər bir görüşün sonunda Culian Piterə tamamlaması üçün bulmaca (tapmaca) verir. Culian hər bir şirkətin kapitalının onun işçiləri olduğunu bilir. Sadəcə Piterin deyil, onun işçilərinin də öz sahələrində lider olmaqları üçün dəyərli məsləhətlərini dostu ilə bölüşür. Culian ən adi işçinin belə öz sahəsində lider ola biləcəyinə inanır. Bunun üçün azad mühit şərtdir. İşçilər özlərini sərbəst hiss etdikdə yaranan yeni ideyalarla, layihələrlə rəhbərliyin qarşısına çıxar və şirkətin inkişafında mühüm rol oynayarlar. Kitabı oxumağa başlayanda mütləq əlinizin altında qələm və ya karandaş olsun. Qarşınıza hər bir səhifədə altını xəttləyəcəyiniz cümlələr çıxacaq. Culianı bir roman qəhrəmanı kimi çox sevdim. Sanki roman oxuyurdum. Piterin çox axmaq göstərilməyindən savayı kitabda bəyənmədiyim cəhət olmadı. Nə qədər tez oxunulsa yaxşıdır. Məncə tək şirkət sahibləri deyil hamı bu kitabı oxumalıdır.
Ferrarisini Satmış Rahibdən Liderlik Dərsləri
Ferrarisini Satmış Rahibdən Liderlik DərsləriRobin Sharma · Qanun Nəşriyyatı · 2015293 okunma
·
170 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.