Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

227 syf.
·
Puan vermedi
·
3 günde okudu
Bu dünyada tək xoşbəxtlik özün olmaqdır.
Kitabı oxuyarkən şəxsən mənim düşüncələrim 2 və 3 cürə düşünməyə məruz qaldı. Bir çox insanlar bu kitabın onlar üçün çox xeyirli olduğunu və möhtəşəm olduğunu vurğulayırlar. Bu cəhətdən kitabı nahaq yerə mənfilərlə doldura bilmərəm. Oxuyarkən müsbət təsirləridə çox oldu. İnsanın ruhunu azad hiss etməsini və həyatda etdiyi hər şeydən qazanc ummamaq , başqaları bəyənsin deyə etməmək barədə çox müsbət fikirlər aşılayır. Egondan ayrılmalı olduğunu və egonun həqiqətən həyatımıza mənfi təsirləridə açıqlanır. Bir növ oxuyarkən özümdən ayrılıb öz hərəkətlərimi analiz etməli oldum . Onun üçün kitaba 3-4 günə oxumağa çalışdım Keçmişdən qopmalı olduğumuz və artıq etdiyimiz səhvləri özümüzə bağışlamağımız lazımdır. Həmçinin kitabda yalnış etməkdən qorxmamaq vacib göstərilən müsbət fikirlərdəndir. Başqa xoşuma gələn məqam uşaqların tərbiyəsinə aid idi. Uşaqların tərbiyəsi deildə uşaqlıqdan qurulmuş robot kimi bizə yeridilən düşüncələri anlamaq oldu.( səhifə 51 də bu barədə oxuya bilərsiz). Və həqiqətən bizim olduğumuz toplum uşaqlıqdan bizim xəyal və düşüncələrimizi mənimsəyə çalışırmış. Gələcəkdə yaxşı valideyn ola bilmək istəyimədə bir çox qatqılar qatdı. Təbiiki müsbətlər çoxdur. Və kitabın qeyri adi bir yanıda varki hər bir insan kitabı oxuyarkən özünə uyarlayıb oxuyur. Məsələn mənim üçün din baxımından ötürdüyü düşüncələr heç cürə uyğunlaşmırdı(1-2məqamdan başqa). Amma hər hansısa (ateist, deist və s.) Bu fikirlərlə qəti razılaşa və hətta özünə görə daş arqumentlərdə yarada bilərlər. Mənə görə ən mənfi aşıladığı anlayış. Vicdan mövzusu idi. Hər insan individualdır və bəlkədə yaradılışdan insanlara vicdan toxumu əkilməsə ətrafı yalnız vəhşilik və pislik bürüyər. Din baxımındanda araşdırsam 1 və ya 2 yerdə düşüncələri ilə razılaşdım ancaq mən dinimi sevdiyim və onun həyatıma maneə yerinə gözəllik bəxş etdiyinə görə onun düşüncələri ilə razılaşmadım. Birdə kitabda maraqlı şəxslər haqqında "nümunə" kimi qısa anılarda yazıb buda müsbət bir yanı idi kitabın .Məsləhətim odur ki oxuyun .Özünüzə və ən əsası ruhunuza faydası çox olacaq.
Tale, Azadlıq və Ruh
Tale, Azadlıq və Ruh
Osho
Osho
Tale, Azadlıq və Ruh
Tale, Azadlıq və RuhOsho · Qanun Nəşriyyatı · 2014312 okunma
·
297 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.