Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

376 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Dini Fanatizm-bitmir ki,bitmir.
XIX əsr milli ədəbiyyatımızın ən öndə gedən şəxsiyətlərindən biri Mirzə Fətəli Axundov... Əsərlərindən ibarət 2 -ci cilddə onun  "Kəmalüdövlə məktubları" fəlsəfi traktı və  fəlsəfi,ədəbi-tənqidi, tarixi məqalələri yer almışdır. Hindistan şahzadəsi Kəmalüddövlə ilə İran şahzadəsi Cəlalüddövləylə yazışması süjetin əsasını təşkil edir. Yazıçı dini fanatizmi kəskin atəşə tutur.  Burda məktublar əslində hər bir şərqliyə, fanatik dindarlara yazılıb.Düşünsünlər deyə..amma çətin.Çünki şaxsey-vaxseylərimizin səsini 2 əsrə yaxın vaxt keçsə də yenə də eşidirik.Hə bacarsaz millətə deyin ki..eh Axundovu anlamayan mənimi anlar?! Və əsərdə Qurandan nümunələr gətirməklə yazıçı əslində bədii əsər yox, məhz real fəlsəfi traktak yazdığını sübut edir. Yəni, bu yazıçının xəyal məhsuludur deməyin.Bu real faktlara əsaslanan əsərlərdir. Elmlə xurafat arasındakı mübarizə məktubların hər birində gözəçarpan problemlərdən ən başlıcasıdır. M.F.Axundov deyir : "...Elə bir böyük siyasi və ya dini məsələ yoxdur ki, Kəmalüddövlə öz əsərində ona toxunmamış olsun...Mən sizi inandırıram ki,hal-hazırda, yəni fikirlərdə siyasi çoşqunluq əmələ gəldiyi bir zamanda Türkiyədə, Hindistanda və Asiyanın hər yerində bu əsər...fanatizmi məhv etmək işində yüz min nəfərlik ordudan daha çox iş görə bilər." Fanatizim- nədir axı bu kəlmə?) Kimə desək bunu yox mən fanatist deyiləm deyəcək ələxsus ərəb dilini bilməyən, Quranın üzünü açmayan mollalar, və ona inanan kütlələr. Sözün mənşəyinə baxaq. Latın zərfindən fānāticē [fren-fānāticus; coşğulu, ecazkar; qəzəbli, fanatik, qəzəbli] Ən çox da belə halları reallığa baxsaq dırnaqarası dindar insanlarda rast gəlirik. Axundov düşünmədən inananları sorğulayırdı, ümumiyyətlə inancların əksəriyyətində düşünmürük bəzən.Bəlkə də cəhənnəm alovudur bizi qorxudan ,düşünmə deyən.Axundov Qurandan gətirdiyi nümunələrlə yalançı dindarları,şəriətçiləri məcazi anlamda güllə atəşinə tutur.Bəs onlar cavab verə bilirlərmi bu güllələrə?) Xeyr.Onlar susmaqdan başqa ya da eyni cümlələri deməkdən başqa çarə tapmırlar Ən qorxulu fanatiklərdi dostlar, din insanları birləşdirsə də, bəzən elə ayırar ki nə yaşam olar nə də bizlər.Xurafatdan uzaq olaq, düşünək ən əsası.
Əsərləri 2.Cild
Əsərləri 2.CildMirza Fetali Ahundov · Bakı, Şərq-Qərb Nəşriyyatı · 200515 okunma
·
208 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.