Gönderi

109 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
"O uçurtmayı vurmasınlar, İnci..."
Həyatım boyunca dəfələrlə "İnci" deyə səsləndilər mənə. Sual verdilər, cavab verdilər, salamlaşdılar, sağollaşdılar. Və adiləşdi o "İnci", tez-tez təkrarlanan hər bir ad kimi. Özəlliyi qalmadı, başqa adlarla xitab edənlər daha xoş gəlməyə başladı hətta. Yox, adımdan əsla narazılığım olmadı, amma mənim üçün özəl bir anlam da daşımadı. Valideynlərim başqa ad qoyacaqmış onsuz da, babamın fikri ilə İnci olmuşammış mən. Dünən bu kitabı oxumağa başlayanda önsözdən başladım, hansı ki ikinci nəşr üçün yazılmışdı. Yazıçı orada kitabın filmi olmasa, böyük ehtimalla, ikinci nəşrin də olmayacağını, filmdən öncə kitabın ilk nəşrinin çox az diqqət çəkmiş olması barədə yazmışdı. Məgərsə film olmasa, Barışın səsi bu qədər insana çatmayacaqmış. Dörd daş divar arasında məktublarının dəmir qapıdan keçməyəcəyini bilə-bilə danışmağa davam edəcəkmiş Barış, səsi heç aşmayacaqmış o divarları. Tanımayacaqmışam Barışı, onun mənim adımla başqa birinə hər səslənişində öz adımı təkrar-təkrar sevməyəcəkmişəm. Nə təəccüblüdür ki, mənə adımı təkrarən sevdirən bu uşağın adı sadəcə atasının sevdiyi müğənninin adıymış deyə Barış olubmuş. Kaş ki, əlimdən gəlsə və mən də sənə adının necə böyük anlam daşıdığını, dünyada yüz milyonlarla insanın dilində, müxtəlif dillərdə onun bir dua kimi təkrarlanıb durduğunu deyə bilsəm, Barış... Kaş ki, o dörd divar arasında səni həbs edərək gerçəkdən də barışı, sülhü necə həbs etmiş olduqlarını anlada bilsəm sənə. Sadəcə barışı yox, düşüncəni, haqsızlığa susmayışı, sorğulama və öyrənmə istəyini həbs etdiklərini. Kaş ki, bunu gerçək anlamda əsla bacarmadıqlarını və bacara bilməyəcəklərini də deyə bilsəm sənə... Ancaq bunu desəm, yenə Pinokkio kimi burnum uzandımı deyə soruşardın, bəlkə də. "Burnun büyüdü mü İnci? Hani Pinokyo’nunki gibi... Sen anlatmıştın, Pinokyo diye bir kukla varmış. Yalan söyleyince burnu uzuyormuş." Çünki indi dörd divar arasında yox, evimizdə, məktəbimizdə və işimizdə həbs edirlər bizi; azadmışıq kimi gəzirik, amma çürümüş düşüncələrin, dəyişməz sistemin bizi necə qandalladığından bixəbərik. Cəhalət, anlayışsızlıq, önyarğı və eqoistlikdir bizim divarlarımız, Barış. Hansı divar daha sərt və keçilməzdir, heç bilmirəm - sizdəkimi, bizdəkimi... "Bizim göğümüzün yalnızca gündüzü var. Senin göğünde akşam oluyor mu İnci?" Bizim səmanın axşamı da var, Barış, olmaz olarmı? Axşamı da var, gündüzü də. Ancaq qəlblərimizdə daimi qaranlıq hökm sürməkdədir, çünki aydınlıq bizi tərk edib və biz çarəsizcə onun axtarışındayıq. Barış, yadındadır, Nevin'ə qaranlıq və aydınlıq qəlbləri qıraqdan necə seçə biləcəyini soruşmuşdun və Nevin bunun dünyanın ən çətin işi olduğunu demişdi? Nevin haqlıydı, həm də haqsız. Haqlı idi, çünki aydınlıq və qaranlıq qəlbləri seçə bilmək, həqiqətən, çox çətindir; haqsız idi, çünki dünyadakı ən çətin iş başqalarının qəlbində aydınlığınmı, yoxsa qaranlığınmı hökm sürdüyünü anlamaq yox, öz qəlbindəki aydınlıqla qaranlığı ayırd edə bilməkdir. Heç nəyi paylaşa bilməyənlərin hər şeyi paylaşa bilənləri həbs etdiyi bir dünyada kitab oxumaq, düşünə bilmək, fədakar olmaq və sual vermək günahdır, Barış. Ancaq belə bir dünyada günah etməmək ölmədən cəhənnəmi qəbul etmək olduğu üçün hər kəsdən betər "günahkar" ol sən, heç çəkinmə... Quşlar səndən heç küsmədi əslində, bilirsən? Sənin çağırışlarını eşitməyib sənə atanı gətirmədilər deyə incimə onlardan. Biz də bəzən Allaha dua edəndə dua etməyənlərin arzuları gerçəkləşərkən dua edənlər daha da çox yuvarlanır uçuruma doğru. Biz Allahdan inciyirikmi səncə, Barış? Sənin kimi məsumlar müharibələrdə can verərkən, anasız-atasız qalarkən, canilər kef çəkərkən, dürüstlər sürünərkən Ondan küsürükmü səncə, Barış? Yox. Çünki küsmək üçün ümidlənməliyik öncə, bizsə o ümidi itirmişik artıq. Ümid çoxdandır ki, sonu gəlməyən quyuya bizimlə bərabər atlayıb, quyunun sonuna doğru gedirik bir an olsun dayanmadan. Mən fikrimi dəyişdim, Barış. Sən küs və inci quşlardan... Çünki yalnız və yalnız sən inandığın və küsdüyün müddətcə biz quşların və təyyarələrin qanadlarında bizə gətirdikləri günbatımını salamlaya, o qanadların üstündə çəmənliklərə doğru uça və bəlkə, yüzlərlə, minlərlə çərpələngin səmadakı rəqsinə qatıla bilərik - ruhumuz və inancımızla... Bundan sonra "çərpələng" və "kitab" deyiləndə ağlıma ilk olaraq "Çərpələng Uçuran" yox, bu kitabın gələcəyini bilirəm və bu fərqindəlikdən dolayı xoşbəxtəm. Kitabın sonunu oxuyanda öncə çaş-baş qaldım, Barışın nə demək istədiyini anlamadım bir anlıq. Sonra xatırladım Barışın gerçəkdə də Barış olduğunu, qalan hər kəsin adının dəyişdirildiyini. Çox sevdim bu əsəri, içindəki səmimiyyəti, hüznü və məsumiyyəti. Əllərinə, ürəyinə sağlıq, Feride Çiçekoğlu. Kaş ki, sənin kimi incə ruhlu yazıçılar çox olsa, lap çox. Qeyd edim ki, bu kitabı oxumusunuzsa, filmini izləməmək günahdır. Çox az film var ki, dəyişikliklərə rəğmən, sevə bilirəm. Bu filmdə isə bəzi fərqli məqamlar vardı, amma əsas motivlər olduğu kimi, hətta daha təsirli bir şəkildə əks etdirilmişdi, ki əsas olan da bu idi - kitabın ruhunun dəyişdirilmədən ortaya qoyula bilməsi. Barışın kitabdakı dünyasını oxuduqdan sonra 5 yaşlı Ozan Bilen'in filmdə apardığı rol qarşısında təsirlənməmək mümkün deyildi. O sondakı gülüşü uzun müddət ağlımdan çıxmayacaq. "Ama ben mahkum değilim ki. Ben yalnızca çocuğum." Bir gün bütün uşaqların səsinin divarları aşa bilməsi diləyilə... Xoş mütaliələr.
Uçurtmayı Vurmasınlar
Uçurtmayı VurmasınlarFeride Çiçekoğlu · Can Yayınları · 202112bin okunma
·
1.470 görüntüleme
İnci Zadə okurunun profil resmi
Bu arada, bir nüansı qeyd etməyi unutmuşam. Feride Çiçekoğlu özü də 4 il həbsdə olub və Barışı da oradan tanıyıb. Bu əsəri də ona ithaf edib, Barış və minik İbo xaricində hər kəsin adını dəyişdirərək. Əsər əsasında çəkilmiş filmdə ən çox sevdiyim məqamlardan biri İnci obrazının Feride Çiçecoğlu ilə zahiri bənzərliyi idi. Bunu sonradan müşahidə etdim, amma çox xoş detal olmuşdu, həqiqətən...
Samirə Abbasova okurunun profil resmi
Təqribən 1 il keçib bu şərhin yazılmasının üzərindən. İndi oxudum, təsadüfən çıxdı qarşıma. Çox sevərək oxumuşam bu kitabı, qəlbsə, qəlb, ruhsa, ruh. İndi şərhinizi oxudum ya, kitabın təsiri qədər bir iz qoydu. Aşırı toxundu, sızlatdı. Sözlərin süzülmüş olduğu qəlbinizə, yazan əllərinizə sağlıq💜
İnci Zadə okurunun profil resmi
Təşəkkür edirəm, bu rəy hesabına mən də təkrar oxudum, təkrar xatırladım Barışı... 💜
Tinuviel okurunun profil resmi
Həcmi düşündüyümdən çox daha qısa imiş ki. Bəlkə elə əvvəl kitabını oxuyaram, sonra filmini izləyərəm✨
İnci Zadə okurunun profil resmi
Mən də elə dedim ya zatən. Dili də çox axıcıdı, heç yormur insanı. Bir neçə saata bitirəcəksən 🤩
2 sonraki yanıtı göster
Aygün Hüseynova okurunun profil resmi
Şərhinizə qəlb🤍 " - Niye uçmuyor, İnci? - Uçar birgün." ...
İnci Zadə okurunun profil resmi
Eh, bu hissə... 💜
Reina okurunun profil resmi
Mən də gedib oxusammı, slumptan çıxaram bəlkə😅 Klaviaturana sağlıq çok hoştu💫
İnci Zadə okurunun profil resmi
Axıcıdı, yormayacaq heç. Məncə, şans ver 🤩
Nəzrin okurunun profil resmi
Şərhiniz mükəmməl✨
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər 💜
Tinuviel okurunun profil resmi
İncelemen çox xoşdu, əlinə sağlıq💜
İnci Zadə okurunun profil resmi
Təşəkkürlər, mon diamant 🌠
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.