Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

240 syf.
8/10 puan verdi
·
Beğendi
·
15 saatte okudu
Mark Levi_Haradasan... Kitabdan oyrendiyim bir sey olmadi,ama cox sey anladim...Anladim ki bütün sevgilər bir gün doğulduğu, dünyaya göz açdığı kimi də başqa bir gün ölür,zülmətinə qovuşur. Anladım ki, zaman heç vaxt dayanmır və onu geri qaytarıb nəyisə dəyişmək olmur. O, hər şeyi və hər kəsi öz axarı ilə aparır. Kimini uğur pillələri ilə qaldırır, kimini də müvəffəqiyyətsizlik uçurumuna yuvarlandırır. Amma dayanmır… Daim axır zaman. Gələcəyə, dünyaya, insanlara və ən son ölümə doğru axır. Və ən əsası. Nə qədər sevərsənsə sev, nə edərsənsə et, insan övladı itirməyə məhkum varlıqdır. Varını, gözəlliyini, qürurunu, saflığını, vicdanını, zamanını, həyatını itirir insan....... Ən pisi, ən ağrılısı isə insanın sevdiklərini itirməsidir........ Eserde Sevgi, sədaqət, fədakarlıq, mərhəmət, prinsip…...cox gozel vurgulanib.Oğlanın qeyri-adi sevgi istəyinə qızın sadəcə gizli məhəbbətlə cavab verməsi, hər birinin öz məsləklərini sevgilərindən üstün tutmaları onları bir-birindən uzaq salir. Araya yad insanlar, fərqli məqsədlər, uzaq məsafələr girdi. Ən əsası isə ZAMAN… İnsanın həm dostu, həm də düşməni ola bilən zaman müdaxilə etdi onların münasibətlərinə. Hər biri öz həyatını qurdu. Keçmişin əsiri olaraq yaşadıqları bu həyatın bəzi zaman kəsiklərində məktublaşsalar belə elə bir an gəldi ki, bu da bitdi. Eynilə onların birliyi kimi…. Eserde esas meqam sevgidir.ama burda romantik sevgi yox cefakes sevgiden behs edir. İtirdiklərini yenidən qazanmaq, sevdiklərini isə ruhunda, qəlbində, xatirələrində yaşatmaq üçün yaşamaq lazımdır. Bu əsər də insanın bütün faciələrinə rəğmən yaşamasını göstərir. Odur ki, yaşayın, dostlar. Amma nəfəs almaqla deyil, zamanın sizi məğlub etməsinə qarşı çıxacaq qədər, faciələrinizlə mübarizə aparacaq qədər güclü olaraq yaşayın!.... P.s...kitabi iki dilde oxudum,bezi yerlerde nesrin tercumesi berbad idi.ona gore hem turk hem azerbaycan dilinde oxudum.incelemeni hansi dilde yazacagima biraz tereddut etdim))
Haradasan?
Haradasan?Marc Levy · Qanun Nəşriyyatı · 2014659 okunma
·
1.114 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.