Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

140 syf.
9/10 puan verdi
Recep İhsan Eliaçık "Aliya İzzetbegoviç" kitabının təhlili.
Universitet dərslərimin birində müasir türk dünyasının qabaqcıl şəxsiyyətlərindən biri haqqında araştırma edilməmiz tapşırılmışdı. Qısa bir axtarışdan sonra Bosna torpaqlarına müstəqilliyini İslamdan aldığı güc və ruh ilə qazandıran Aliya İzzetbegoviç haqqında araştırma yazısı yazmağa qərar verdim. Oxuduğum onlarca məqaləyə əlavə olaraq birdə İhsan hocanın "Çağa İz Bırakan Önderler - Aliya İzzetbegoviç " kitabını oxudum. Kitab ilk olaraq Bosnanın tarixi ilə başlanğıc götürür. Bu hissədə xüsusən Osmanlıların bölgəni ələ keçirdikdən sonraki islahatlarına və Bosna əhalisinin müsəlman olmasına toxunulub.Xalqın müsəlmanlığa keçidi Bogomillər ilə başlanğıc götürdüyünü və daha sonra xalq daxilindən neçə neçə önəmli şəxsiyyətlərin çıxdığını bizə göstərən müəllif ərazidəki kənar toxunuşlar səbəbi ilə yaşanan üsyanlara da toxunaraq Aliya İzzetbegoviçin həyatını , Begoviçin öz dilindən gözlər önünə sərir. Düşünürəm ki , şəxsin öz dilindən həyatının danışılması yəni avtobiyografiya şəkli kitabın dilini daha sadə və axıcı edir.İhsan hoca bu metoddan istifadə etməklə kitabı daha oxunaqlı hala gətirib. Doğumundan ölümünə və mübarizəsinə qədər Begoviç öz dilindən həyatını danışır. Sonda isə İhsan hoca dahi şəxsiyyətin əsərlərindən biri olan "Doğu ve Batı arasında İslam " və müxtəlif mövzular haqqındaki fikirlərini təhlil edir. Ardınca isə onunla olan xoş xatirələrini paylaşır və bizə bu dünyadan necə bir şəxsiyyətin keçdiyini bir daha xatırladır... İzzetbegoviçin həyatını bilmək istəyənlər üçün tövsiyyə edərəm.Oxumağa dəyər.
Aliya İzzetbegoviç
Aliya İzzetbegoviçRecep İhsan Eliaçık · İlke Yayıncılık · 2010171 okunma
·
126 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.