Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

156 syf.
·
Puan vermedi
·
6 saatte okudu
Türkiyənin 20-ci əsr ən güclü romançılarından biri olan Güntəkin bu əsərini 1924-cü ildə yazıb. Bundan əvvəl oxuduğum 3 romanında olduğu kimi, dilinin axıcılığı, sadəliyi, maraqlı süjet xətti və hadisələrin dinamik gedişatı ilə seçilir. Oxucunu elə ilk sətirlərdən gərginlikdə, gözləntidə saxlayır. Ona görədir ki, elə bircə günə bitirdim. Kitab haqqında oxuduğum qeydlərdə yazılıb ki, romanı acı eşq macərası adlandırmaq olardı, lakin yazıçı bu əsərini daha çox cəmiyyətdə rast gəlinən problemə - hər hansı bir təsadüf, yaxud qeyri-təsadüf hadisədən sonra cəmiyyətin insanlara vurduğu “damğa” ya həsr edib. Fikrimcə, kitabda hər iki mövzuya paralel və bərabər şəkildə yer ayrılıb, hətta bir mövzu digəri üçün zəmin rolunu oynayır. Məsələn, soruşa bilərsiniz ki, “eşq macərası” hara, “damğa” hara? Spoyler vermədən qısa şəkildə bu mövzuya toxunmaq istəyirəm. Əsərin baş qəhrəmanı İffət adlı gəncdir. Uşaqlıqdan bəri bir çox çətinliklə üzləşmiş və bu çətinliklər ömrü boyu yaxasını buraxmamışdır; böyüdükcə həyatının hər mərhələsində bu çətinliklər daha ciddi hal almış və İffətin həyatında ömürlük ləkə kimi qalmışdır. Əslində, İffət heç də mənfi xislətli biri deyildi. Uşaqlıqdan ailəsi ilə, xüsusən də, atası ilə münasibəti nə qədər yaxşı olmasa da, bu onun içindəki sevgi, mərhəmət, ən əsası, insanlıq hissini öldürə bilməmişdir. Olduqca dürüst, sadəlövh, təmiz insan olması oxucunun diqqətini cəlb edir, onu oxuculara sevdirir. Amma nə yalan deyim, bəzi hallarda İffətin sadəlövh davranışlarına əsəbiləşməyə bilmirdim. Həyatının hər mərhələsində İffətin xəyalları və real gerçəklik arasında olan dərin fərqi görürük, əslində, bunu özü də duyur, anlayır. Lakin qəlbində hər zaman bir ümidlə yaşayır. İstər dostları, istər sevdiyi qadın, istərsə də cəmiyyət tərəfindən gördüyü münasibət onu heç bir zaman mənfi biri olaraq dəyişmir. İffət bəy hələ də təmiz qəlbli biri olaraq qalır. Vədiə xanımla yaşadığı eşq onu böyük bir uçuruma gətirir. Hətta deyərdim ki, bütünlüklə həyatını alt-üst edir. Niyə bu cür düşünürəm? Həə, bax bunu kitabı oxumaqla öyrənə bilərsiniz. Xülasə, əsəri çox bəyəndim. Çox fərqli və bir o qədər də diqqətçəkən mövzusu var idi. Sonu mənimçün gözlənilməz, bir o qədər də təsirli idi. Rəşad Nuri Güntəkinin qələminə də həmişəki kimi, söz ola bilməz.
Damga
DamgaReşat Nuri Güntekin · İnkılâp Kitabevi · 20173,333 okunma
·
200 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.