Gönderi

723 syf.
·
Puan vermedi
"Öz dilində şeiri olmayan bir xalqın nəyi ola bilər? Bir xalqın dil mədəniyyətini yaradan onun ədəbiyyatıdır. Şair həm şairdir, həm də öz xalqı danışan dilin müdafiəçisidir, dilin varlığını qoruyan əsgərdir." Məncə, elə kitablar var ki, onları bütün Azərbaycanlılar oxumalıdır. Çünki öz tarixini, öz mənəvi dəyərlərini unutmamalıdır. Əslində bu cür kitablar məktəb vaxtından şagirdlərə oxudulmalı və xalqımızın əsrlər boyunca apardığı mübarizəsi, mənəvi dəyərləri aşılanmalı, vətənpərvər ruhda tərbiyəsi üçün çalışılmalıdır. Kitab XII əsrdə olan Azərbaycanımız, onun ədəbi mühiti, o dövrdə mövcud olan sistemi, hökmdarları və xalqın mənəvi həyatını əks etdirir. Həmçinin mənim üçün xalqımızın ən dəyərli dahi şairi olan N.Gəncəvi'nin əsərdə ən əsas obrazlardan biri olması əsərə olan marağımı daha da artırdı. Roman 2 hissədən ibarətdir. Əsərin adı simvolik olaraq verilib. Xalqın fiziki gücü qılınc, mənəvi gücü isə qələmdir. N.Gəncəvi obrazı qələmi, Fəxrəddin obrazı isə qılıncı təmsil edir. Hadisələrin axışı, tarixi faktlar, yazarın bədii təsvirləri, obrazların özünəməxsus şəkildə aşıladığı fikirlər o qədər gözəl idi ki... Həqiqətən yazarın bu əsər üzərində çox əziyyət çəkdiyi, çox araşdırmalar apardığı o qədər bəlli olur ki… Əsərdə demək olar ki hər cür mövzuya toxunulub. Dövlət, siyasət, incəsənət, ailə, dostluq, xəyanət, hirs, kin və daha daha nələr… Saray həyatının təsviri,orda baş verən intriqalar çox həyəcan verici idi Obrazların sayəsində hər cür situasiya ilə qarşı-qarşıya qalırdım Qadın ağlının nələrə qadir olduğunu, necə böyük qüvvə olduğunu bir daha gördüm. Tarixi faktlarla yazarın bədii təxəyyülünün çox böyük ustalıqla əlaqələndirildiyi bir əsərdir. Məncə əsərin qalınlığına heç də fikir vermədən bu kitabı hərbiriniz oxumalısız.️
Qılınc və Qələm
Qılınc və QələmMəmməd Səid Ordubadi · Hədəf Nəşrləri Kitabevim · 2017200 okunma
·
94 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.