Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

464 syf.
·
Puan vermedi
Feminst yazıçı Məlalə Yusəfzay öz həyatını qələmə almışdı. Məlalə qız uşaqlarının utanc kimi görüldüyü bir yerde doğulmuşdu.. "Məlalə kim?deyə soruşdu silahlı adam. Məlalə mənəm, bu da mənim hekayəm". Budur, qızların təhsil hüququndan məhrum edilməsinə, zamanın gerisində qalmış, xüsusilə də qızların təhsil haqlarına alınmasına qarşı çıxan çox cəsur bir qadın olan Məlalə. "Təhsil uğrunda mübarizə aparan qız" Məlalənin hekayəsi.. "Səsimizin dəyərini ancaq susduğumuz zaman anlayırıq" deyen Məlalə kitaba yaşadığı günü ifadə etməklə başlayır. Uşaqlığını, ailəsini yaşadığı yerinə mədəniyyətini danışır. Məktəbindən də danşır və kitabları ne qədər çox seviyini ifadə edir. Pakistanın şimalı olan bu vilayətdə yerli Talibanın ona və ətrafındakı insanlarla etdiklərindən bəhs edir. Taliban qızların məktəbə getməsinə qadağa qoymuşdu. Hətta qadınların küçəyə tək çıxmaması üçün təzyiqlərə, ölkədə heç kimin sual verməməsi, etiraz etməməsi, maarifləndirmənin əleyhinədirlər. Bu mövzu təkcə Talibanda deyil bir çox yerlərdə var, qızların təhsilinə qarşı çıxan, onların maariflənməsini inkişafını əngəlləyən bir çox insan. Düşündüklərini inanclarını din yolu ilə irəli sürərək etməkləri başqa məsələ.. Kitabı oxuduqda Pakistandakı dövlət idarəçiliyinin, Əfqanıstandakı problemlərin o zaman onların ölkələrinə necə təsir etdiyini, Rusiya və Amerikanın öz məqsədləri üçün minlərlə günahsız insanın ölümünə səbəb olduğunu görə bilərik. Məlalənin cəmiyyətdə qızı üçün çalışan və qızlarının təhsil haqqını müdafiə edən bir atası var və onun gücü atası idi. Məlalənın atası deyirdi: "Gəldiyim yerdən, insanlar oğulları ilə tanınırlar. Mən qızına görə tanınan bir neçə şanslı atalardan biriyəm.” "Bir insana gözlərini və ya ciyərlərini verə bilərsiniz, amma təbəssümünü verə bilməzsiniz". Kitabda belə bir ifadə var "Əvvəl musiqimizi, sonra tariximizi aldı, məbədləri dağıdıb. O, təsviri incəsənətin, mədəniyyətin düşməni idi". Belə bir inanclar rəsm, heykəltəraşlıq, musiqi haramdır və qadağan edilməlidir.
Məlalə Mənəm
Məlalə MənəmMalala Yusufzay · Parlaq İmzalar · 03,017 okunma
·
45 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.