Gönderi

727 syf.
10/10 puan verdi
·
21 günde okudu
Bu dəfə Vatikanadı səyahətimiz
Mənim sevimli yazıçım Dan Brown’dan oxuduğum dördüncü əsər oldu. İlk öncə onu demək istəyirəm ki, nəşrin orfoqrafiya səhvləri çox idi. Bir də tərcümədə də problemlər var idi. Məsələn, yadımda qalanlardan, “visit” sözü tərcümə edilməyib eləcə vizit yazılmışdı. Bu kitab məşhur Robert Lenqdonumuzun macəralarına başladığı ilk kitabdı. Mən Da Vinçi Şifrəsində ilk dəfə tanış olmuşdum Robert Lenqdonla(kaş o vaxtlar Dan Brown oxumağa başlayanda xəbərim olardı bu oxuma ardıcıllığından). Ama onun haqqında bəzi ilkin məlumatları məhz bu kitabda oxuyuruq. Klostrofobiyası olan mahir üzüçü Harvard professoru Robert bəy birdən birə özünü tarixin tozlu rəflərinə qərq olmuş İlluminati ordeninin izinə düşmüş halda tapır və Vatikanı qorumaq üçün elə atası bu orden tərəfindən öldürülmüş alim Vittoriya ilə bu qədim ordenin artıq tarix olduğunu hesab etdikləri sirrlərini açırlar. Biz də onlarla bərabər çox şey öyrənirik vəə bütün Vatikanı gəzirik. Kitabı oxuyarkən bir əlimdə Google, bir əlimdə vərəq-qələm olub. Onsuz da Dan Brown oxucusu olmaq mənə “İtaliyada gediləcək yerlər” siyahısını bəxş edib Həqiqətən belə bir kitab yazmaq üçün ya bu hadisələrin gerçək olmağı və sənin də bunlara şahid olmağın lazımdı ya daaaa Dan Brown olmaq))) Bu qədər məlumatlı olmaq bir yana, bildiklərini də beləcə bir yerə toplayıb kompoziya etmək və inandırıcı şəkildə oxucuya təqdim etmək ayrı bir istedaddı. Yəni kitabın başlarında hadisələrin ədəbi uydurma olduğunu yazmasa, deyəcəm kiii bu yazıq Vatikan nələrə məruz qalıb. Zarafat bir yana kitabın əsas ideyası din və elm arasında uzun əsrlərdi davam edən, müasir dövrdə yalnızca formasını dəyişən və məncə insanlar var olduqca davam edəcək bir müharibədir, yazıçı da bu müharibəni, məncə, kifayət qədər tərəfsiz obyektivdən, hadisələr və obrazlar üzərindən təhkiyə edib. Dan Brow’a görə DİN və ELM həyatı anlamağın iki fərqli yoludur. Və yer üzərində hər zaman olduğu kimi kim nəyə inanırsa ona başqalarının da inanmağını istəyir və başqa yolla gedənləri düşmən elan edir. Dinçilər elm adamlarını, elm adamları dinçiləri təndiq edir. Qoyun, kim nəyə istəyir inansın, ay millət. Bir dağın zirvəsinə onun müxtəlif yamaclarından çıxmaq olar. Nəşrin uğursuzluğu bir yana əsər kifayət qədər uğurludu mənə görə. Detallar ağıllıca düşünülmüş, hadisələr məntiqli sonlandırılmışdır. Hələ sondaki “twist” sizi şoka sala bilər. Mənim ağlımda bir sual qalmadı yəni, ən azından boşluqlar hiss etmədim; hər şey izah olunmuşdu. Bilmirəm bəlkə başqa oxucular hardasa nəsə tuta biliblər (rəydə yazarsız elədirsə). Mən çox bəyəndim. Filmi də var imiş. Baxarıq) Nə deyim valla, Dan Brown oxuyun, oxutdurun, əziz oxucular. Xoş mütaliələr
Mələklər və İblislər
Mələklər və İblislərDan Brown · Qanun Nəşriyyatı · 201136,4bin okunma
·
72 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.