Gönderi

208 syf.
9/10 puan verdi
·
Beğendi
·
9 saatte okudu
Con Boynenin ikinci kitabını oxudum, bu kitab da Faşizm, 2-ci Dünya müharibəsi, almanların digər millətlərə qarşı olan münasibəti, sadəcə istisna olaraq 1-ci Dünya müharibəsindən də bəhs edir. Mövzu Kitabın əsas obrazı Pyero ata tərəfdən alman, ana tərəfdən isə fransızdır. O, valideynləri ilə birgə Orlean şəhərində yaşayır, ancaq həyatında bədbəxtliklərlə üzləşir və müəyyən müddət uşaq evində qalmalı olur. Sonra isə bibisi onu öz yanına alır, yəni Pyero Avstriyaya, dağın zirvəsinə köçür, amma köçdüyü evin sahibi 2-ci Dünya müharibəsinə səbəb olmuş, Faşizmin ən böyük rəhbəri Fürer yəni Adolf Hitlerdir. Ancaq Pyero Orleanda yaşayarkən onun qonşuluqda yaşayan milliyəti yəhudi olan dostu Anşel olur, o, yaşadığı yerlərdən köçsə də, Anşellə həmişə məktublaşır. Həm də bir məsələni qeyd etmək istəyirəm ki, Anşelin eşitmə funksiyası olmur, ona görə onlar əlləri vasitəsi ilə ünsiyyət qururlar, Anşel Pyeroya it, Pyero isə Anşelə tülkü kimi müraciət edir. Ancaq Pyero Avstriyada yaşayır deyə adını, xarici görünüşünü də almanlarla bənzətməli olur, adını Peter olaraq dəyişdirir. Təbii ki zaman keçdikcə Pyero Hitlerin ya da Fürerin təsirinə düşür, o da “Hitlerügend”-ə qoşulmaq istəyir, Pyeroda dəyişiklər başlayır və Anşellə əlaqələrini kəsir. Yazıçı müharibələrin insanlar üçün nə qədər faydasız olduğunu və insanlar üzərində buraxdığı zərərli təsirləri, almanların yəhudilərə, fransızlara, ümumiyyətlə, özlərinə təhlükə bildikləri millətlərə qarşı olan münasibətlərini, faşist rejiminin olan arzularını, müharibə dövrlərini çox gözəl təsvir etmiş və oxuyuculara ( və mənə ) bu hissləri lazımi qədəri ilə yaşatmışdır. Con Boynenin həm Zolaqlı Pijamalı Oğlan kitabını, həm də Dağın Zirvəsindəki Oğlanı tövsiyə edirəm. Xoş mütaliələr hər kəsə.
Dağın Zirvəsindəki Oğlan
Dağın Zirvəsindəki OğlanJohn Boyne · Fabula · 2020966 okunma
··
503 görüntüleme
Reina okurunun profil resmi
Siyahıya əlavə olundu ✅ Klaviaturana və əlinə sağlıq, xoş incələmə idi💫
Aceso okurunun profil resmi
Çox sağ ol❤️ Yes, oxumağı çox tövsiyə edirəm🙃
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.