Gönderi

488 syf.
8/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Belə kitabları sevirəm, ağır kitablardan sonra oxumaq üçün yaxşıdılar, insanı güldürürlər, mənfi düşüncələrdən uzaq tuturlar, belə kitablar nə qədər klişe olsalar da hər kəsə tövsiyə edirəm. Sadəcə bunun bəzi klişe kitablardan fərqliliyi odur ki, qızın zəif göstərilib, oğlanın güclü, qadına zərər verməsinin normal göstərildiyi kitablardan deyil. Ancaq kitabda bəzi səhnələr var idi ki, uzadılmasaydı daha yaxşı olardı, elə səhnələrin ətraflı təsvir edilməsi, məncə, o qədər vacib deyil. Mövzu Kitabın mövzusu əsas obrazlarımızdan olan Aaronun digər əsas obrazımız iş yerlərinin yeməkxanasında oturan dostu Rosie ilə oturan Lina yəni Catalinaya olan təklifi başlayır. Lina Amerika Birləşmiş Ştatlarında, ABŞ-da yaşayan əslən milləti ispan olan qadınlardan biridir. Aaronun etdiyi təklif isə odur ki, Lina İspaniyaya bacısının toyuna gedərkən onun sevdiyi kişi olsun, yəni sevgili kimi, çünki Lina İspaniyada universitetdə oxuyanda fizika müəllimi Daniel ilə sevgi həyatı yaşamışdır və bu dövrdə Lina bacısı İsa (İsabeli) Danielin qardaşı Ganzola ilə tanışdırmış, onlar da bir-birini bəyənmişdir, ancaq universitet tələbələrinin Lina haqqında pis sözlərinə görə ayrılmış və Daniel Linanı qorumamışdır. Lina isə qohumlarının söhbətlərindən qaçmaq üçün ABŞ-a getmişdir. Ancaq sonra öyrənmişdir ki, bəs Daniel toya nişanlısı ilə qatılacaq, o da tək qalmadığını, Danieli unutduğunu göstərmək üçün özünə partner axtarır, bunu da Aaron Linanın Rosie ilə söhbətindən eşidir. Lina və Aaron münasibətləri yaxşı olmayan iş yoldaşlarıdır. Kitab insanı yormur, əksinə güldürür, axıcıdır, tövsiyə edirəm, amma gözləntiləriniz yüksək olmasın.
İspanyol Aşk Aldatmacası
İspanyol Aşk AldatmacasıElena Armas · Yabancı Yayınları · 20222,177 okunma
··
461 görüntüleme
Aria okurunun profil resmi
Əlinə sağlıq👌🏻♥️.
Aşk Hipotezi
Aşk Hipotezi
'ndən sonra bir müddət belə kitablar oxumayacam, ümid edirəm. Romantik janrları yaxşı ki, sevmirəm. İlk dəfə sınadım, və bir daha oxumamalı olduğumu anlamış oldum🥲🤣.
Aceso okurunun profil resmi
Çox sağ ol. :) Belə kitabları hə ara-ara oxumaq lazımdı, dalbadal sonra bezdirir. Amma belə kitab mən də istəmirəm, yataq səhnələri uzatmaq bilmirəm, sevmirəm. Bu kitabda daha çox uzadıb.
3 sonraki yanıtı göster
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.