Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

136 syf.
·
Puan vermedi
Mənim üçün istər bədii baxımdan, istərsə də psixo analiz baxımından zəngin bir əsərdir. Anton Çexovun qələmi ilə bu əsərdə olanları dərindən hiss edirik.Əsərdə çarəsizlik,anlaşılmazlıq,kədər hissi mənə təsir etdi.Həmçinin əsərdə fərqli baxış bucaqları ,obrazlar arasında dioloq gözəl ifadə olunub. Bundan sonra yazdıqlarım,əsəri oxumayanlar üçün spoiler ola bilər. Kitab xəstəxananın təsviri ilə başlayır,bu da irəli səhifələrdə atmosferi daha yaxşı başa düşməyimizə kömək edir.Xəstəxananın qaranlıq abu-havası insanın içinə işləyir. Bu şəhərdə yaşayan həkim Andrey Yefimıçdanın "Ağıl ülvi bir zövq mənbəyidir" düşüncəsi razılaşdığımı düşünürəm.Bu xəstəxanada yatan xəstələrdən biri olan İvan Dmitriç Qromovun keçirdiyi qorxu ,hiss,üsyankarlığı adama təsir edir.Bu gənc isə Adreyin " "İnsanın firavanlığı və rahatlığı onun içindədir" düşüncəsi ilə razılışmır və bunun doğru olmadığını düşünür. Açıqcası onun bu düşüncələri məni düşündürmüşdü.O ,acının,kədərin,hirsin gerçək olduğuna inanır,bunların fəlsəfi anlayışlarla sadəcə düşüncə halına gətirilməsi ilə isə razılaşmırdı.Və onların belə düşünmə səbəbinin isə hayatı görməmələri ,sadəcə həyatla nəzəri cəhətdən tanış olmalırında görür.Andrey Yefimıçdan isə sonradan onun haqlı olduğu nəticəsinə gəlir. Andrey Yefimıçdan palatada özünə həmsöhbət tapmışdı və bu digər insanların gözündə yanlış anlaşıldı . Onlar həkimin ağıl sağlığını itirdiklərini düşünürdülər.Həkim sadəcə yorğun idi,bu da vəziyyəti daha da çətinləşdirdi.O,tilsimə düşdüyünü ,bu tilsimdən çıxmağa can atdıqca ,yoldan daha da azdığını düşünürdü. Və son hissələrdə həkimin palataya aldadılaraq gətirilməsi ,xəstə baxıcısının əvvələr həkimə hörmət edib indi onu döyməsi insana təsir edir. Əsər ən sevdiyim əsərlər sırasından ilk 3lüyə daxildir.
6 Nömrəli Palata
6 Nömrəli PalataAnton Çehov · Parlaq İmzalar Nəşriyyatı · 202170,3bin okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.