Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

184 syf.
8/10 puan verdi
·
28 saatte okudu
Bəzən olur ki, müəyyən kitablarla rastlaşırsan, adı ilə bağ qura bilmirsən çox da. Necə deyim, oxuduqlarına o adı yaraşdırmırsan, başqa adlar düşünüb bu olsa daha uyğun olardı deyə düşünürsən. Yəni sizdə olubmu bilmirəm, məndə olub belə hallar. Bu oxuduğum kitab isə o qədər uyğun idi ki adı ilə. Bir insan necə həm qəhrəman həm cəllad olar deyə sorğulamıram açıqcası. Bunları o qədər çox görürük ki. İnsanın cəlladı uzaqda olmur. Yanında olur, sevdikləri olur. Qəhrəman saydıqları, bel bağladıqları olur. Yəqin ki bu qədər yaxın olduqları üçün olur bu. Səni boğa biləcək ipi öz əlinlə verirsən güvənərək onlara. Bəs insan gedə biləcəkkən niyə getmir? Niyə dözməməli olduğu şeylərə dözür? Zəif olduğu üçün? Yeni səhifə açmağın çətin və qorxunc gəldiyi üçün? Yaşadığı həyat qorxuncdursa, daha qorxuncu (ki çiçəkli də ola bilər yolun davamı) niyə bu qədər çətin gəlir? Bəlkə cəlladlarını sevdikləri, aşiq olduqları üçün. Psixologiya bunun adını qoyub: Stokholm sindromu. Məsələ burasındadır ki, qarşısındakı insana bəraət qazandıra bilməsə də getmir. Qurban olmağa davam edirlər. Bəlkə də özlərini günahkar hiss edirlər, cəzalarının yerində olduğunu düşünürlər, bilmirəm. Analar övladları üçün qurban olmağa davam edirlər. Buna bariz nümunələr çoxdur, amma fərqində deyillər bəlkə də övladlarını xilas etdiklərini, onlar üçün bunun daha yaxşı olduğunu düşünsələr də əslində övladlarını da qurban verirlər. Uşaqlıqlarını, illərini, gözəl anlarını.. Yaddaş çox qəribədir. Ağır, çətin şeylərin beynimizdə daha dərin yer tutduğu bir gerçəkdir. Yaşadığını hiss etmək üçün acılı anlara ehtiyacı olan insanlar da var.. Amma təmiz səhifələr açıla biləcəkkən, səhv, qaralanmış, kirlənmişlə davam etməyi seçir çoxları. Fədakarlıq adı altında olur çoxu da.. Məncə şans verin bu kitaba. Bəlkə o qədər fərqli bir şey oxumayacaqsız, bəlkə ağır gələcək, illa ki əsəb, hirs gələcək. Müəyyən anlarda insanlara qarşı içinizdə bir qəzəb də yarana bilər. Amma hər anı reallıqdır. Bilirsiniz, bəzi şeylərin yaşanmasında, neçə bədbəxtliklərin yaşanmasında gözümüzü yumub üç meymunu oynayan biz insanların da günahı böyükdür..
Kahraman ve Cellat
Kahraman ve CellatŞeniz Baş · İthaki Yayınları · 202144 okunma
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.