Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

256 syf.
9/10 puan verdi
·
Beğendi
·
5 günde okudu
Yeni Cəsur Dünya-Oldos Haksli
Salamlar. Bu gün ilk distopik janrda oxuduğum kitab haqqında danışacam: Kitabın mövzusu: Elə bir dünya qurulub ki,  uşaqları xüsusi inqubatorlarda mayalandıraraq  alfa,beta, qamma, epsilon ve.s tipler şəklində yaradırlar.  Onları hipnopedik üsulla tərbiyələndirirlər. Yəni hər şeyi uşaqlar yuxuda olarkən beyinlərinə yeridirlər. Onlarda "ata","ana" anlayışı yoxdur. Və bu sözü də işlədənlər sanki söyüş söyürlər,onların lüğətlərində  nalayiq söz kimi qəbul edilib.  Bizim indiki dövrümüz onların tarixidir və bu tarixi  araşdırmaq, öyrənməyə icazə vermirlər. Bu dövrdən olan kitabları qadağa ediblər. Ümumiyyətlə uşaqlara kitaba qarşı nifrət aşılamaq üçün  körpə olarkən kitaba toxunanda elektroşok verirlər. Onlar heç vaxt kədərli deyillər , çünki  soma həbləri var. Onlar heç vaxt qocalmırlar ,çünki  özləri yaradıblar. Qısaca  "Cəsur yeni dünya" adlandırdıqları bu dünyanın  başcısı insanları sadəcə xoşbəxtlik və həzzə yönəldən "birlik, eynilik, sabitlik" şüarı ilə idarə edir. Kitab haqqinda fikirlərimə gəldikdə isə : Çoxxx sevdim. Ən çox da Helmlqoltsla Vəhşi'nin dialoqlarını sevdim. Çox axıcı, yeni terminlər öyrənə biləcəyiniz kitabdı.  Düzdü bəzi yerlərində əsəbiləşdim, amma  eyni zamanda həmin bəzi yerlər məni  düşünməyə vadar etdi: İnsanların ürəyi istəyən, ona xoşbəxtlik və həzz verən hər şeyi etməkdə sərbəst olduğu bir dünyada yaşamaq  onları həqiqətən xoşbəxt edirmi? Yaxşı azadlıq həm də xoşbəxtlikdirmi? Ya da əksinə bu qədər sərbəstliyin, xoşbəxtliyin olduğu bir dünyada nə qədər azaddırlar?" Kitabda bir cümlə vardı: xoşbəxtlik-ürəyin istəyəndə kədərlənə bilməkdi. Bu cümlədən belə çıxır ki,  onlar  heç vaxt kədər , dərd , qəm, ölüm, xəstəliklə üzləşmədiklərinə baxmayaraq,  yenə də xoşbəxt deyillər. Kədərlənməyi  qadağan edilən dünyada artıq kədərlənmək xoşbəxtlik sayılır. Bilirsiniz niyə? Çünki onları bir sistem üzrə idarə edirlər. Ancaq “xoşbəxt olmalısan”la böyüməyə məcbur edilirlər. Məcburiyyət olan yerdə xoşbəxtlik olmur nə qədər istədiyini etmək üçün azadlıq verilsə də . Necə deyiblər,- ”Azadlıq- istədiyin hər şeyi etmək demək deyil. Azadlıq istəmədiyin heç nəyi etmək məcburiyyətində qalmamaqdır.”
Yeni Cəsur Dünya
Yeni Cəsur Dünya
Aldous Huxley
Aldous Huxley
Yeni Cəsur Dünya
Yeni Cəsur DünyaAldous Huxley · Qanun Nəşriyyatı · 201860,6bin okunma
·
66 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.