Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

349 syf.
7/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Yaxşı ki, oxudum...
Bəli dooostlarrr.
Varis
Varis
in növbəti 3cü kitabını da oxudum bitirdimmm. Sonuncu dəfə
Bir Ovuc Torpaq
Bir Ovuc Torpaq
əsərini bitirəndən sonra bir müddət Varisin başqa əsərləri oxumamaq üçün özümü razı salmağa çalışırdım ama bacarmadım. 3cü kitabı hansıdı deyə araşdırdım və
Sənə İnanıram
Sənə İnanıram
əsəri olduğunu gördüm. Əslində bu əsəri də sevsəm də ilk iki əsərin yeri məndə çox fərqli olaraq qalacaq. <3 Bu əsərdə əsas ön planda olan rəssam Gündüzün və Həmidin həyat hekayəsindən danışılır. Gündüz kasıb, amma buna baxmayaraq böyük xəyalları, hədəfləri olan bir insandır. Ən böyük arzusu Nizaminin "Xəmsə"sini öz sənətiylə birləşdirib, Nizaminin dünya sərgisində daha da yaxşı tanıtmaqdır. Əslində həyatda insanın böyük arzularının, hədəflərinin olması çox gözəl bir haldır məncə. Hətta öz prinsiplərinin olması. Amma bu hisslər Gündüz'də bəzən çox ifrat dərəcədə hiss olunurdu. Məsələn, Gündüz çox bacarıqlı, istedadlı rəssəmdı, ona inkişafında tək mane olan isə maddi çətinlikdi. Düşünürəm ki, bu hədəfinə çatmaq üçün o, ona buna ağız açıb, borcu borcun üstünə yığmaqdansa, ya da ailəsini maddi çətinlik içində pis vəziyyətə salmaqdansa Rəssamlıq akademiyasından olan işi qəbul edə bilərdi. Heç olmaya öz vəziyyətini düzəldənə qədər... Amma o hər zaman bir yolu tutdu və o yolda irəliləməkdə inad etdi. Kaşki onun bu inadkarlığının tam sonunun necə nəticə verdiyini də görə bilərdik... Həmid... Həmidsə çətinliklərlə də olsa öz doğru yolunu tapıb ailəsini var-dövlət içində yaşadan bir obrazdır. Bəlkə də iş barəsində öz yolunu tapmış ola bilərdi, amma ailə həyatında elə bir çıxmaza, qaranlıq quyuya düşür ki, bir daha çıxa bilmir. Təəssüf ki, o bu səhvinin cəzasını tək ödəmir, onu hamıdan çox sevən ailəsini də öz ardınca sürükləyir. Son olaraq; Hər nə qədər sonda Gündüzün yaşadıqları insanı həyatda gözəl şeylərin olduğuna yenidən inandırsa da əksinə Həmidin etdiyi bütün fədakarlıqların qarşılığının belə nankörlüklə ödənməsi insanı həyatdan, insanlardan, hər şeydən soyudur.. •"Ay qıız, heç bilirsən nə qədər puldan danışıram? Alacam pulu, şellənəcəm ee özüm üçün" cümləsini oxuyanda isə artıq hisslərimi ifadə edəcək sözlərim bitmişdi. Tək bu cümlə belə insana yenidən ailəsindən başqa heç kəs üçün fədakarlıq etməmək gərəkdiyini xatırladır. İnsanın üzünə dəyən ağır sillə kimi sarsır və gerçəkləri göstərir. Ümumiyyətlə son dövrlər ailə həyatı o qədər ucuzlaşdırılıb ki, adam baxanda inana bilmir. Amma mən inanıram ki, evlilik yolunda addımlayanda mütləq ama mütləq ailənin fikri alınmalıdır. Əgər məsləhət görmürlərsə demək ki, bir bildikləri vardır. Bir də son zamanlar çox gəncin dilinə düşüb "Mənə evlənəcəyim adamın özü maraqlıdı, ailəsi qohumları yox. Mən onla evlənəcəm nəsli ilə yox." Düşünürəm ki, bu fikir çox absurddur. Bir insanı yetişdirilməsi 90% valideyndən və ətraf mühitindən asılıdır. Əgər ailəsində sizə uyğun olmayan nəsə varsa siz də Həmid kimi ani hisslərə qapılıb bütün gələcək həyatınızı məhv etməyin. Unutmamalıyıq bu həyat hər birimizə cəmi bircə dəfə verilir. Nə ailənizə görə evlənəcəyiniz şəxsi, nə də həyatınıza alacağınız o şəxsə görə ailənizi əzməyin. Doğru yolu tapmayana qədər axtarmaqdan bezməyin. Bir də unutmayın evlənək dəyişər düşüncəsi başdan sona yalandır. Bu həyatda heç kəs dəyişmir. Pis xislətli insan çevrilib mələk olmur. Olsaydı Həmid bəlkə də bu qisməti yaşamazdı. Siz hər nə qədər "Sənə inanıram" desəz də bu hər şeyi düzəltməyəcək. Əgər içinizdə kiçik də olsa şübhə varsa o şübhə sizi içdən-içə yeyib bitirəcək. Məncə oxumağa dəyər. Varislə son söhbətimiz olmayacaq... Sağ olun kitabla qalın♡
Sənə İnanıram
Sənə İnanıramVaris · Qanun Nəşriyyatı · 2010360 okunma
·
64 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.