Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

248 syf.
10/10 puan verdi
·
Beğendi
Bir can bəsləmək, ona yuva olmaq övlad böyütməklə eynidir. Bob sayəsində James bir zamanlar narkotik aludəçisi olduğundan uzaqlaşdığı ailəsinin narahatçılığını dərk edir. Bob övlad kimi sevilməyə, qayğı göstərilməyə layiqdir. James xəstələnəndə Bob onun yaxşı olmadığını hiss edərək qeydinə qalır. Buna görədə bəslədikləri, yuva olduqları canlara övladım deyən insanlar mənə qəribə gəlmir. Bobun xoşlamadığı tək tük şeydən biri yağışdır. İslanmaqdan xoşu gəlməyən Bobla James möhtəşəm cütlükdür. Ya da Jamesin deyimi ilə desək iki itkin ruhdular. James ilk kitab olan "Sokak Kedisi Bob" - a nisbətən bu kitabda Bobun dünyasına biraz çox yer verir və oxucu istər - istərməz qutulara takıntı olan, digər heyvanlara qarşı öz üstünlüyünü göstərən, başqa insanlardan belə yemək qoparmağı bacara bilən, evcilləşdirilməsinə baxmayaraq küçə pişiyi xasiyyətini qoruyub saxlayan Bobu bağrına basmaq istəyir. Bob kimi bir canla yaşamaq çox əyləncəli və məsuliyyətlidir. Bowenin yenə küçələrdə keçən çətin həyatına şahid oluruq. Bəzən narkotik asılılığından söz açan Jamesi insanlar çox narahat edir. Başına olmazın oyunları gəlir. Küçələrdən bir an əvvəl qurtulmaq istəyir və gözləmədiyi bir anda şans qapısını döyür. Bobla həyatını danışacağı ilk kitabını yazması üçün ona təklif gəlir. Seriyanın ilk kitabı "Sokak Kedisi Bob" adlanır. Mən sevərək oxumuşdum sadəcə yazıçı ön planda çox olduğu üçün bir bal kəsmişdim. Yazıçının həyatı çox maraqlı olsa da mən pişik sevgisinə görə kitabı oxumağa başlamışdım. Bu kitabda isə kitabın adına uyğun olaraq Bobdan biraz çox bəhs edir və ilk kitaba görə daha təsirlidir. Lakin kitabda iki nüans xoşuma gəlmədi. Jamesin yataqda olarkən Boba verdiyi yeməyi tullayıb Bobu yeməyin arxasınca qaçırması və Bobla tamaşa göstərməsini düzgün hesab etmirəm. Dostluqlarına sözüm yoxdur, o ayrı. Sadəcə mən öz pişiyimə qarşı eyni hərəkətləri etmərəm. Bob ona pis davranılsa qaçardı. Jamesin sözü ilə razıyam. Yenə də deyirəm mən öz baxış bucağıma görə xoş qarşılamıram. Mənim də heyvansevərlərin xoşuna gəlməyən hərəkətlərim var. Yemək verəndə yerə tökürəm, bir salfetkanın, kağızın üstünə qoymuram deyə dostcasına olsada irad tutulub mənə)
Bob'un Dünyası
Bob'un DünyasıJames Bowen · Yabancı Yayınevi · 2013317 okunma
·
63 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.