Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Gönderi

112 syf.
10/10 puan verdi
·
Beğendi
Çocuklar, büyükler ve masallara gerek duyan her kes için..
Umberto Eco-Cecünün yer cüceleri. Umberto Econu mən təxminən 5-6 il əvvəl "Qızıl gülün adî" romanînın müzakirəsiylə tanıdım. Oxuması olduqca çətin, bir o qədər də həzz vermişdi mənə. Ümumiyyətlə isə, postmodern üslubda yazılan əsərlər ,yazıçıdan geniş bilgi , araşdırma, fitri istedad tələb edir deyə düşünürəm. Bu baxımdan ya oxucu intellekt cəhətdən istənilən səviyyədə olmalıdır ,ya da oxuyarkən araşdırma etməli olduğuna özünü hazırlamalıdır. Umberto babanın bu kitabı 3 hekayədən ibarətdir. 3 kozmonot, Cecünün Yer Cüceleri,Bomba ve general. Cəmi cümü 113 səhifə ,onun da yarısı şəkilli olmasına baxmayaraq, həm uşaqlara elmi poetik ,məzəli formada izah edir, eyni zamanda insanın şeytani tërəflərini uşaqlara izah edir. 3 Kozmonot- 3 rus,amerika və çinin göndərdiyi kosmonavtlarla marsdakı yadpalanetli arasındakı münasibətdən ,insanın ön yargısından bẹhs edir, mahiyyətimizi,varlığîmızı xatırladır Bomba ve general- Mən deyərdim çox dəyərli mesajlar ötürülüb. Həm bizim atomlardan ibarət olduğumuzu bildirməklə elmi sevdirib, həmdẹ onun insan kibiri, kini ,nəfsiylə yarada biləcəyi təhlükəni göstərib. Cecünün yer cüceleri- bura yer kürəsindən fərqlənmir. Kiçik fərq, yad planetlilərin bu planeti insan kimi dağıtmaması, qayğısına qalmasıdır. Yer kürəsindən bir hökmdar Samanyolu kəşdiyyatçîsı göndərərək yad planetə özlərinin mədəniyyətini aşılamaq istəyir, ancaq kəşfiyyatçînın cırtdanlarda gördüyü və özlərini yaratdığı "mədəniyyət" isə bir-birnə uyğun deyil Umberto hər 3 hekayəsində insanî yerdən yerə vurduğu qədər ,çıxış yolu da göstərir. Ancaq, nəfsə qalib, bir şeylẹr etmək isə yenə də insafîmıza qalir. Çox istərdim, bu kitab dilimizə tərcümə edilib, uşaqlara paylansın. Hẹm elmi sevdirir, həm də yaşanılanı sorğuladır. Içindəki şəkillər sanki 4-6 yaṣlı uşaqların çəkdikləri kimi sorgulayıcıdır. Məncə kitab 7-8 yaşa daha uyğundur ,hekayələrin qısa olmasına baxmayaraq.
Cecü'nün Yer Cüceleri
Cecü'nün Yer CüceleriUmberto Eco · Yapı Kredi Yayınları · 2012250 okunma
·
95 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.