Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

126 syf.
9/10 puan verdi
Genç Werther'in acıları kitabı, Von Goethe yaradıcılığından oxuduğum ilk kitab oldu. Kitab platonik aşiq olan Werther'in daxili və xarici aləmi ilə mübarizəsini özündə əks etdirən psikoloji tərzdə yazılmış bir sevgi romanıdır. Werther, bacarıqları olan, xoşbəxt bir vəkil idi. Bir gün bir yığıncağa qatılır və bütün həyatı dəyişir. Werther nişanlı bir xanım olan Lotteye aşiq olur və bundan sonra onun dərin iztirablarının şahidi oluruq. Kitabda çox önəmli mesajlar olduğunu düşünürəm.Oxuduqdan sonra üzərində düşünməyə deyəcək o qədər cümlə var ki.. Mən şəxsən yazarın mükəmməl anlatımı sayəsində Werther'in iztirablarını dərindən hiss etdim. Oxuyarkən də çox təsirləndim. Yazıçı həmin dövrü, insanları, ətraf-aləmi çox gözəl şəkildə ifadə edib. Mən bu kitabda təkcə Werther'in platonik sevgisini deyil, həmçinin onun insanları, insanlığı anlamadığını da gördüm. Ətrafında baş verən təhlükəli oyunlar, insanların daş qəlbləri Wertheri dərindən yaralayır. Kitabda da dediyi kimi" Hayır, kalbim o kadar kötü değil! Sadece hassas! Fazlasıyla hassas". Və həssas qəlbi Wertherin dünyasını cəhənnəmə çevirir. Kitabda bəyəndiyim başqa bir cümlə isə belədir: "Bu dünyada birinin diğerini anlaması o kadar kolay bir şey değil". Yazıçı əslində burda Werther'in çəkdiyi əzabları anlamıyan oxucular üçün bir mesaj verir. Yəni, çox insan bu əsəri sadəcə platonik bir sevgi əsəri görür və Wertherin yaşadığı ruhsal əzabları, qəlbinin həssaslığının şişirdilmiş olduğunu düşünür. Düşünür ki real həyatda belə insan ola bilməz və əslində yazıçı da tam da bu sözüylə cavabını verir və həyatda insanların bir -birini anlamasının necə çətin olduğunu ifadə edir. Bu kitabı hər kəsə tövsiyə edirəm. Oxuyarkən böyük zövq aldım. Yazıçının dilinə, əsəri anlatım tərzinə heyran qaldım. Digər kitablarına da şans verməyi düşünürəm. Hər birinizə xoş mütaliələr... Kitablarla qalın (Yazı səhvlərim oldusa bağışlayın)
Genç Werther'in Acıları
Genç Werther'in AcılarıJohann Wolfgang Von Goethe · Türkiye İş Bankası Kültür Yayınları · 2021121,7bin okunma
·
208 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.