Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

520 syf.
·
Puan vermedi
·
Beğendi
·
13 günde okudu
Türk yazarlardan ən sevdiyim Oğuz Atay ilə gəlmişəm bu gün . Türkiyənin ən məşhur yazıçısının ilk romanı olan "Tutunamayanlar" nəşr olunan gündən indiyə qədər tarixə damğasını vuran , ədəbiyyatda yeni bir çağ başladan ən çox müzakirə olunan əsərdir. Roman Turgutun intihar edən dostu Səlim İşığın keçmişni araşdırmağından və dostunun modern dünyaya nə üçün "tutuna bilmədiyini" öyrənmək istəyir gəlin öyrənək... Həyata tutunamayan Səlim xarakterinin var olan amma yox edə bilmədiyi bədbəxtliyini , gözləyişini , ümidiləri qələmə alınıb . Səlimin həyatı çatlak bardağdakı su kimiydi. Yaşasada yaşamasada həyatı tükənmişdi çünki tutunamadı həyata... Əsər Türkiyədə ən çox yarım qalan əsərdi çünki biz burda dərin pisxoliji problemləri olan xarakterlərlə qarşılaşırıq. Müəllifi Səlim olan nəğmələri araşdıran Turgut onlara yazdığı açıqlamaları əsərin 1 ci bölümdə yer tutur növbəti bölümlər get gedə asanlaşır ən qəşəng hissəsi isə 3 cü və 4 cü bölümdü. Oxumaq istəyənlər üçün məsləhətim odur ki, çalışın diqqətli oxuyun çünki mənası dərindi diqqətlə oxunsa başa düşülə bilər. Çox spoiler vermək istəmirəm sevdiyim alıntılar ilə yekunlaşdırmadan öncə Olric haqqında qısa yazacam . Olric Turgutun xəyalında bir obrazdır və sonda Olricdə ağılını itirir Turgutun sonda Olriclə uzun bir qatar yolunda səyahətini görürük.. " .. heç bir təsir altına düşmədən müstəqil şəkildə qərar verildi .Adam qapını açıb içəri girdi və tapançasını çıxardıb atəş açdı." Səlim öldü Əsərdə ən çox sevdiyim hisslər təbii ki , Dostoyevski' ilə bağlı olan yazılar idi həmçinin Cont Dracula haqqında yazı məni məndən aldı " Daxilimdəki Cont Draculalar" Bu əsəri ən çox #PoyrazKarayel serialına olan aşiqliyim üçün oxudum. "Həyat düşüncələrimizin saxlandığı həbsxanadır." "Dostoyevskini üzürlü hesab edirdi: Çox yalvardı, dözə bilmədim". "Həyatım həyatımın romandır." "Artıq yaşamaq istəmirəm, Olric. Onların istədiyi kimi yaşamaq istəmirəm." "Dağılışın! Kukla oynatmırıq burda" "Sizdə qohumlarım kimi yadsınız mənə " "Qorxuruq. Düşünməkdən və sevməkdən insan olmaqdan qorxuruq."
Tutunamayanlar
TutunamayanlarOğuz Atay · Qanun Nəşriyyatı · 062,1bin okunma
·
133 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.