Gönderi

240 syf.
8/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Road Dahlın kitablarını oxumasaq belə "Çarlinin şokolad fabriki" filmini hamımız izləmişik demək olar. Bu kitabda yazarın böyüklər üçün  yazdığı hekayələr yer alır. Həmçinin kitabın sonuna kiçik bioqrafiyasını əlavə edib. Harda oxuduğundan, müharibəyə qatılmasından, təsadüfən ilk hekayəsini yazmasından (sonda yazdığı ilk hekayə də verilib kitabda), necə yazar olduğundan bəhs edib Yaxşı bir fikrin yuxu kimi olduğunu, ağlına gələn kimi yazmasan birdəfəlik yox olub gedəcəyini deyən yazar öz fikirlərini 96 vərəqli qırmızı dəftərə yazdığını və sonra vaxtı gəldikdə onları hekayəyə çevirdiyini deyir. "Tuhaf, harika şeyler yapan bir çikolata fabrikası nasıl olur - çılgın bir adamın yönettiği bir fabrika?" Və bu qeyddən sonra "Çarlinin şokolad fabriki" şah əsəri ortaya çıxır Bir dəfə maşında səyahət edərkən ağlına gələn fikri yazmaq üçün heç nə tapmadığından, maşının arxa tərəfində tozun üzərinə ona bu fikri xatırladacaq bir söz - "ASANSÖR" yazaraq yoluna davam edir və evə çatan kimi hekayə üçün qeydlərini dəftərinə yazır. Roald Dahlın iki hekayəsindən başqa digər bütün hekayələri qurmacadır. Onlardan biri müharibədə öz başına gələnləri qələmə aldığı (həmçinin ilk hekayəsi) "Çantada keklik", digəri isə çox təsirli olduğunu düşündüyü üçün qələmə aldığı "Mildenhall definesi" hekayəsidir Kitabdakı hekayələr: "Hayvanlarla konuşan çocuk" "Otostopçu" "Mildenhall definesi" "Kuğu" "Şeker Henry'nin inanılmaz öyküsü" "Arka kapıdan girmek: Nasıl yazar oldum" "Çantada keklik: İlk öyküm - 1942"
Şeker Henry'nin İnanılmaz Öyküsü
Şeker Henry'nin İnanılmaz ÖyküsüRoald Dahl · Can Yayınları · 2018127 okunma
·
230 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.