Gönderi

96 syf.
8/10 puan verdi
·
Beğendi
• Kitabda 6 ədəd hekayəyə yer verilib. Hekayələr ümumi olaraq məzmunca qısa olsa da bəziləri nisbətən daha uzun idi. Kitab ümumi olaraq doğru yolda irəliləməyi, kin güdmədən yaşamağı, acgözlü olmamaq kimi bəzi əxlaqi mövzulara toxunur. Hekayə oxumağı çox sevmədiyim(qısalığı səbəbi ilə) və açıq aydın şəkildə məsləhət verilməyə çalışan kitablar da son zamanlar diqqəti çəkmədiyinə görə kitaba 10 üzərindən 8 verdim. • Kitabda olan hekayələr isə qısa olaraq bu şəkildədir: 1. Kitabla eyni ada sahib olan "İnsan neyle yaşar?" hekayəsində ayaqqabı ustası olan Semyonun bir gün evinə qayıdarkən yolda, kilsənin qarşısında,  soyuqda paltarsız duran bir adamla qarşılaşması ilə başlayır. O həmin adamı geyindirir  evinə aparır və burda Matryona ilə bu adamın adının Mihail olduğunu öyrənir. Mihail əslində bir mələkdir və o, cəzalandırıldığı üçün insan dünyasına gəlmişdir. Onun geri qayıtmağı üçün 3 şey öyrənməsi lazım gəlir. 1) İnsanda ne var? 2) İnsana nə verilməmişdir? 3) İnsan neyle yaşar? 2. Kıvılcımı sömdürmeyen Ateşi Zapt edemez hekayəsi əvvəllər ataları sağ olarkən yaxşı yola gedən və mehriban olan iki qonşunun vaxt keçib evdəki idarənin oğulları keçdiyi bir vaxtda necə bir birlərinə düşman kəsilməsi barəsində danışır və bunun onların necə axırlarına çıxardığını göstərir. Kindarlığı heç bir işə yaramadığı kimi adamı necə işində etdiyini şahidi oluruq. 3. Mum- Torpaq sahibi torpaqlarına nəzərət etməsi üçün bir adam işə alır və bu kahyanın adı Mihail Semyoniçdir. Kahya işçilərə zülm verir, onları döyür və öldürür. Belə ki, güc onu yoldan çıxarmışdı. Belə bir vaxtda işçilərin bəzi qismi onun öldürülməsini istəsə də biri pisliyə pislik ilə cavab verilməməsi lazım gəldiyini söyləyir. Əslində ən yaxşısını da o edir. Çünki kahya öz gücünün qurbanı olur, səhvini son anda anlasa da artıq gecdir və o, atının üstündə bir anlıq diqqətsizlik ilə yıxılaraq elə ordaca can verir. 4. Kızlar büyüklerden akıllıymış- Bu hekayə də qəzəbin və kindarlığı lazım gəlmədiyini iki balaca qız üzərindən göstərir. Qızlar suda üstlərini batırıb günahı bir birinə atdırlar və dalaşırlar. Sonra valideynlər də uşaqların sözünə inanıb birdən birə lazımsız dərəcədə söhbəti böyüdüb bir biri ilə davaya girirlər. Ancaq qızlar o anda artıq çoxtan barışın yenidən suda oynamağa başlamışdılar belə. Elə ən yaxşısını uşaqlar edir və heç bir məsələni uzadmırlar. 5. İnsana çox toprak gerekir mi?- Acgözlük barəsində olan bu hekayə bir əkinçinin daha çox torpaq sevdası ucbatından ölməsi ilə bitir. O əvvəl adi əkinçi idi sonra öz obasından balaca bir yer kirayə alıb əkməyə başlıyır. Sonra bu yer ona çox bərəkətsiz gəlir hər şeyi satıb başqa yerdən yenidən torpaq kirayə alır. Amma yenə bu torpaqlar ona bəs eləmir əlavə olaraq hər il kirayə etməklə də uğraşmaq istəmir. Beləcə onun hər aldığı əlavə yer onun gözünü doyurmamağa başlıyır. Sonda dağlara bozkırlara gedir burda. Qəbilə rəisinin istəyi ilə torpaq kirayələmək istəyir onların isə tək şərti var alacaqları ərazinin böyüklüyünü özü 1 gün ərzində gün çıxandan batana qədər şumluyub özü ərazinin sərhədlərini çəkəcək. Əkinçi buna çox sevinir lakin o acgözlüyü ucbatında bir gündə o qədər yer şumluyur sonda da geri qayıdan da halı olmur ki, başlanğıca çatanda artıq elə ordaca da can verir. Ona qalan isə meyidinin torpağa basdırıldığı qədər yer olur. 6. İlyas- Bu hekayə xoşbəxtliyin hər zaman var dövlətdə tapılmadığının, saədətin bəzən heç gözləmədikləri anda insanları tapdığını anladır. İlyas əvvəl çox kasıbmış amma arvadıyla sonra isə övladları ilə çox işliyib varlı birinə çevrilir. Ancaq var dövlət övladlarını yoldan çıxarır və onların yolunu ayırır. Onsuz da bir müddət sonra İlyas da iflas edir. Yenidə kasıb birinə çevrilir. Bu zaman onların köməyin əvvəllər qonşuları olan Muhammed Şah gəlir. Onlara qalacaq yer və yeyəcək yemək verir və onunla birgə işləməyi təklif edir. İlyas buna razı olur. İlk başlarda bu hal onu pis hiss etdirdirsə də sonralar arvadı ilə çox xoşbəxt olurlar. Bunun səbəbini isə var dövləti olarkən həyatlarının ancaq pul və onu qorumaq üçün yolları fikirləşmək olduğunu indi isə ancaq bəyləri üçün çalışdığı və əlavə heç bir lazımsız şey düşmədikləri üçün olduğunu deyir.
İnsan Neyle Yaşar?
İnsan Neyle Yaşar?Lev Tolstoy · Türkiye İş Bankası Kültür Yayınları · 2019192,8bin okunma
·
36 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.