Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

704 syf.
7/10 puan verdi
·
Beğendi
·
11 günde okudu
Biz yaşamaq üçün həyatdayıq, həyata hazırlaşmaq üçün yox.
Doktor Zhivago
Doktor Zhivago
Boris Pasternak
Boris Pasternak
“Doktor Jivaqo” Rusiya tarixinin təlatümlərlə dolu yarıməsrlik bir bölümündən bəhs edir. Eyniadlı protaqonist öz seçimləri, etdiyi və etməkdən çəkindiyi hərəkətləri, doğruları və yanlışları ilə, hərçənd ki həyati və maraqlı, lakin mənim ruhuma bir o qədər yad obrazdır. Jivaqo dövrünün ziyalılarının yüksək ideallarla bu idealların reallaşması prosesindəki şəraitsizlik arasındakı narahat qərarsızlığını özündə əks etdirir. Canlı insan kimi o da səhvlər edir, qısamüddətli xoşbəxtliyi uzunmüddətli rahatlıqdan üstün tutur, ətrafındakı dəyişikliklərə uyğunlaşmaqda çətinlik çəkir, sonda qürur və ali ideallar altında gizlənən ətalətinin qurbanı olur. Lara obrazı özündə, bizim Rusiyanı tarix və ədəbiyyat dərslərindən tanıdığımız romantikləşdirilmiş formada əks etdirir: həm gündəlik məişət qayğılarının, həm də nəhəng inqilabların öhdəsindən gəlib həyatda qalma bacarığına rəğmən fərqli idealların ağuşunda bir sahildən digərinə çırpılaraq heç harda rahatlıq tapıb yaşaya bilməyən cəfakeş, əməkçi ana, sevgili — qadın obrazında. “Doktor Jivaqo” bilavasitə inqilabdan öncəki, inqilab dövrü və inqilabdan sonrakı Rusiyanın, çarizmdən kommunizmə keçidin, Sovet senzurası tərəfindən qadağan ediləcək, qərbdə isə Nobel mükafatına layiq görüləcək çılpaqlıqda təsviri ilə tarix həvəskarlarına maraqlı olacaq. Yazıçı təbiəti, insan duyğularını, təbiətin və cəmiyyətin ruhumuzda yaratdığı dəyişiklikləri böyük məharətlə təsvir edərək inandırıcı tablolar çəkir. Bununla belə detalların, personajların çoxluğu və xırdalıqların növbəti hadisələr üçün etinasızlığa yol verməyən əhəmiyyəti oxuyucunu yora bilir.
Doktor Zhivago
Doktor ZhivagoBoris Pasternak · Neoclassic · 20221,062 okunma
·
70 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.