Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

214 syf.
9/10 puan verdi
·
Beğendi
·
38 günde okudu
Oxucusunda mövzu ilə bağlı fərqli baxış bucağı yaradacaq bir kitab. Bu kitabı ilk gördüyümdə yazarlarının ortaya tərəfli bir mövqe qoyub qoymadıqları məni düşündürmüşdü. Bunun üçün məndə kitabla bağlı bir az ilkin və kiçik ön araşdırma etmək zərurəti yarandı və bu araşdırma bu kitabı oxumağa başlamağımla nəticələndi. Dinlər, tanrılar - ümumən inanc sistemləri ilə bağlı olan kitabların bir çoxunda obyektivlik çox vaxt qeyri-sabit və ya zəif bir durumda olur. Bu kitabın isə ən yaxşı tərəflərindən biri məhz bununla bağlıdır. Belə ki, kitabın yazarları antropoloq Lionel Tiger və psixiatr Michael Mcguire ortaya çıxardıqları bu işdə hansı dinin doğru, hansı dinin yalan olduğu məsələsi üzərində köklənməkdən fərqli olaraq onları düşündürüb və araşdırmağa yönləndirən önəmli suallara cavab tapmaq istəyiblər. “Beyin niyə inanır ?” , “Fərd niyə inanmağa bu qədər meyillidir?”, “Dinə inanmaq onlarda hansı dəyişikliklərə səbəb olur?” Bu sualların cavablarını isə böyük təkamül keçmişi olan və mürəkkəb fəalliyyətə sahib bir orqanımızda - beynimizdə tapmağa çalışıblar. Kitabdan başa düşülən nədir? İnsanın təkamül keçmişi çox stressli bir dövrləri əhatə edib. Ac qalma, fiziki cəhətdən özlərindən daha güclü və təhlükəli olan digər canlılara yem olma, təbii fəlakətlərin qurbanı olmaq və bunun kimi başqa digər stress yaratma ehtimalı çox olan durumlar insanla hər zaman yaxın-yaxına olub. İnsanları ən çox narahat edən və stress yaradan daha bir vəziyyət isə qeyri-müəyyənlik olub. Bu qeyri-müəyyənlik yaradan durumlardan qaçmağın və ya bu məqamları özləri üçün mənalandırmağın yollarını axtarmağa çalışıblar. Beyin stressdən uzaq olmaq üçün gələcəyi azacıq da olsa müəyyənləşdirəcək konsepsiyaları(dinlər və bir çox inanc sistemləri kimi) yaradıb onlara inanmaq ehtiyacı duymuşdur. Həmin sistemlər insan üçün qeyri-müəyyən olan sualların("ölümdən sonra həyat varmı?" və buna bənzər suallar) cavablarını verərək kitabda da qeyd edildiyi kimi bir “beyin sakitləşdirici” rolunu oynayıb. Əlavə olaraq: rituallarda iştirak, din adamları ilə söhbət və s kimi tədbirlər qeyri-müəyyənliyi aradan qaldırır və bu da stresslə bağlı olan kortizol hormonunun azalmasına, xoşbəxtlik hormonu adlandırdığımız serotonin hormonunun isə artmasına gətirib çıxarır. Serotonin ifrazının artmasını təmin etmək üçün də beyinlərimiz durmadan inanc istehsal edir. Kitabda serotonin tarazlığının qorunmasının təkcə inanclarla deyil, həm də insanın sosial statusu ilə bağlı olduğu da bildirilir. İyerarxik bir sistemin aşağısında yer almaq daha stressli situasiyalarla qarşılaşmağı özü ilə bərabər gətirir. Bu durumlarda da yeniden beyin sakitləşdirmə funksiyasını yerinə yetirən inanclara ehtiyac duyulur. Əvvəldə də qeyd etdiyim kimi kitab inanca və inanc sistemlərinə qarşı fərqli bir yanaşma ortaya qoyur(inancların ortaya çıxmasının neyrofizyoloji cəhətdən izahı kimi) Onu da əlavə edim ki, kitabı içindəki istinadlar baxımından da məhsuldar hesab etmək olar.
Tanrı Beyni
Tanrı BeyniMichael Mcguire · Alfa Yayıncılık · 2018137 okunma
·
82 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.