Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

400 syf.
10/10 puan verdi
·
4 günde okudu
Spoiler var. :) İsmayıl Şıxlı qələmini çox sevirəm. Köhnə adət-ənənələrimizi, milli kimliyimizi təsvirlərlə mükəmməl şəkildə xatırladır. İstər digər əsərləri, istərsə də "Dəli kür" olsun, hər birisində bu epizodlar mütləq ki, yer alıb. Əsərin baş qəhrəmanı Cahandar ağa oğlunun xeyir işinə görə şəhərdən parça almağa gedir, gələndə isə Allahyarın kəbinli arvadı Mələyi gətirir. Bütün hadisələr də bundan sonra başlayır. Birinci həyat yoldaşı Zərnigar bunu qəbul etmir, Şamxal Mələyi öldürmək istəyir, beləcə evdən getməli olur. Qoca kişinin qızı ilə evlənməsi isə Cahandar ağanın əsəbinin pik nöqtəsi olur. Nəzər salsaq, Cahandar ağanın tək bir mənfisini görərik. Başqasının kəbinli arvadını qaçırdır. Yəni öz ehtirasını boğa bilmir. Bu isə ona çox baha başa gəlir. Qızına güllə atırlar, çox istədiyi maralını vururlar, sirdaşı hesab etdiyi atına sataşırlar, qızını qaçırdılar. Son da Cahandar ağa Allahyarla üzbəüz döyüşə belə demək mümkünsə duelə çağırır. Özü yaralansa da Allahyarı öldürür. Sonralar isə buna peşman olur. Digər bir tərəfdən isə Cahandarın səhvini heç kimin cəsarət edib özünə deyə bilməməsi, bu səhvi yuxusunda öldürdüyü bacısının ona deməsi, bacısının ölümünə görə vicdan əzabı çəkməsi nüansları da gözdən qaçmır. Eyni zamanda Cahandar ağanın iradəsinin sınandığı hadisələr onun güclü xarakterini göstərir. Bacısını öldürməsi, Maralının ölümü, Qəməri vurma anı, Zərnigarın yuxusuna girməsi və s. Cahandar ağa eyni zamanda xanlığın, bəyliyin timsalçısı idi. Kazaklarla mübarizəsi və ölümü də bir növ bunun göstəricisidir. Molla Sadıq obrazı o dövr (elə indiki dövrdə də özünü göstərən) yalançı axunların ümumiləşmiş obrazıdır. Satqın, mənfi tup kimi görünən Molla Sadığın tək müsbət xüsusiyyəti kazakların torpağı qoruq etdikləri vaxtda açılır. Topraq uğrunda milli mənafelərin birləşməsi kimi özünü göstərir. Digər tərəfdən ailə-məişət mövzusundan kənara çıxıb Qori müəllimlər seminariyasının mühitinə, bura yığılan tələbələrə, tələbə-müəllim sevgisinə, pedaqoqlardan gətirilmiş sitatlar fərqli ahəng qatır. Əsərin sonluğu sonrakı hadisələr üçün oxucu təxəyyülünü müraciət edir.
Seçilmiş Eserleri 2. Cilt
Seçilmiş Eserleri 2. Ciltİsmail Şıhlı · Şərq-Qərb Nəşriyyatı · 2005746 okunma
·
245 görüntüleme
Bu yorum görüntülenemiyor
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.