Gönderi

420 syf.
8/10 puan verdi
Mütaliə edərkən yazıçının dünyasını dəyişdiyi xəbərini aldım. Yazıçıdan oxuduğum ilk kitabdır. Beş əsas obraz var kitabda. Tomaş, Tereza Səbinə, Frans və Karenin adlı it. Tomaş arvadbazdır. Yolu təsadüflər nəticəsində çaya buraxılan uşağa bənzətdiyi Tereza ilə kəsişmişdir. Tomaşla Tereza evlənirlər. Amma Tomaşın qadınlarla münasibəti davam edir. Bunu bilən Tereza qısqanclıqdan dəhşətli yuxular görür. Tomaşa görə yatmaqla sevmək ayrı-ayrı şeylərdi. O Terezaya aşiqdir. Səbinə Tomaşın oynaşıdır. Terezadan qabaq Tomaşın həyatındadır. Səbinənin sonradan Frans adlı oğlanla münasibəti olur. Səbinə kommunizmə qarşıdır. Daha doğrusu kommunizm kiçinə. Səbinə kiçə nifrət edir. Amma özünün də kiçi var. Kiç insanların qəbul etmədiyi hər şeyi kənarda qoymaqdır. Yazıçının dediyi kimi Sovet ölkəsində yalnız yaxşı ilə daha yaxşı müzakirə oluna bilər və konfliktdə ancaq sevgi məsələsində yaranar. Fransla Səbinə tam fərqlidir. Frans musiqini sevir o yox. Fransın nümayişlərə marağı var onun isə yox. Yazıçı kitabda bir çox mövzudan bəhs edir. Bilmədən edilən günah sayılır? Ağırlıq yoxsa yüngüllük yaxşıdır? Cənnətdə olarkən ehtirası dərk etməməyimiz və s barəsində. Bir iki mövzu haqqında danışacağam. Düşündürücü yazıçıdır. Yüngüllükdənsə ağırlıq yaxşıdır. Loru dildə desək özümüzü ağır aparmalıyıq. İnsanla heyvanın sevgisi insanın insana olan sevgisindən daha ucadır, alidir. Biz heyvanlara nə qədər sevgi göstərsək azdır. Sadəcə pişiyə, itə yəni ev heyvanlarına yox, bütün heyvanlara qarşı ürəyimizdə sevgi olmalıdır. Nitsşenin qırmaçlanan atın boynuna sarıldığı kimi sevməliyik heyvanları. Onların və dünyanın ağası olmağımız düşüncəsi səhvdir. Tomaş bəlkədə haqlıdır yatmaqla sevginin bir olmadığı fikrində. Şübhəsiz Terezanın qorxulu yuxular görməsinə səbəbkardır. Amma Terezanın xoşbəxtliyinə görə siyasi məhbusların azadlığa çıxması üçün toplanılan imza sənədinə qol çəkmir. Ən əsası Sürixdəki həkimlik işini atıb Terezanın arxasınca Praqa qayıdaraq özünü məhv etməsidir. Heç kimsəyə çevrilir. Zəiflər bu məsələdə olduğu kimi bəzən qələbə qazanır. Zəiflikləri ilə manipulyasiya edib istəklərinə çatırlar. Rusların Gürcüstanın və Ukraynanın başına açdıqları... Ruslar Praqda da at oynadıblar. Ölkənin prezdenti Dubçeki oğurlayaraq onu özlərinə sərf edən müqaviləni imzalamağa məcbur ediblər. Dubçekin başına gətirilənlər rusların amansızlığının sübutudur. Niyyətləri indiyə kimi dəyişməyib. Eləcə də yazıçı Tomaşın başına gələnlərdə, onun timsalında digər repressiya məruz qalmış çex ziyalılarının durumunu göstərir. Həm fəlsəfi həmdə siyasi roman olaraq oxuya bilərsiniz.
Varlığın Dözülməz Yüngüllüyü
Varlığın Dözülməz YüngüllüyüMilan Kundera · Qanun Nəşriyyatı · 202110,5bin okunma
·
93 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.