Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

124 syf.
10/10 puan verdi
·
Beğendi
·
25 saatte okudu
"Rap-a-tap-tap-tap!"
Qəribə bir oxu təcrübəsi idi. Hələ yeni başlamışdım, yarısına belə çatmamışdım, dayanıb nə oxuduğumu, niyə oxuduğumu sorğuladım. Siyahımdakı onlarla kitab arasında növbədənkənar, spontan olaraq seçdiyim bu kitabın yanlış kitab olduğunu, doğru kitabdırsa da, anlamaq üçün hazır olmadığımı düşündüm. Cümlələrin arasında nəyisə gözdən qaçırdığımı hiss edir, israrla onu axtarır, yenə də qarşımdakı bu hərflər yığınının, növbələşən abzasların mahiyyətini qavraya bilmirdim. Beynimin içində bir qarğa dayanmadan "krap-a-tap-trap-a-rap" deyə qarıldayır, başımın üstündə qanad çırpır, caynaqları ilə boğazımı sıxır və bütün xəyali cəhdlərimə rəğmən ağlımdan çıxmırdı. Sonra necə oldusa, - nə ara baş verdiyini qaçırdım, - suallar, qanadlar, caynaqlar yoxa çıxdı, yüngülləşdim necəsə. Bir yükdən qurtulmuşdum, çiyinlərimə nə vaxtdan bəri qonduğunu xatırlamadığım bir yük - bu kitabdan öncə, sonra, ya hələ dünyaya gəlməzdən əvvəl? Bəlkə, hələ öləndən sonra çıxacaqdı ortaya və mən özü yox, düşüncəsinin ağırlığı altında əzilirdim? Ya da heç bir yük filan yox idi, özümdən uydurmuşdum. Yük olsun, ya da olmasın, mən barışmış biri idim. Kiminlə və ya nə ilə, aydınlaşdırmaq çətin idi, bəlkə, qarğa ilə, bəlkə, iblislə, bəlkə, ölənlərlə, bəlkə, sağ qalanlarla. Amma bir duyğu, məni narahat edən bir duyğu gəldiyi kimi getmiş, düşünməyimi, qərar verməyimi gözləmədən aradan çıxmışdı. Ağlım qarışmış, ürəyim rahatlaşmış, kitab isə bitmişdi. Oxumaq istəyənlər üçün necə bir oxuma olacağını bilmirəm, amma məncə, Emili Dikinsonun "ümid"ini "yas"a çevirmiş bir kitaba hər dəqiqə rast gələ bilməzsiniz. Pis, ya da yaxşı, bənzərsiz bir oxuma olacağı dəqiqdir. Risk edin, şans verin, oxuyun.
Tüylü Bir Şeydir Şu Yas
Tüylü Bir Şeydir Şu YasMax Porter · Monokl Yayınları · 2017113 okunma
·
365 görüntüleme
Samirə Abbasova okurunun profil resmi
Əllərinə, klaviaturana sağlıq, İncii. Türklər demiş, dökdürmüşsün yine💜
İnci Zadə okurunun profil resmi
Təşəkkür edirəm, oxuyan gözlər var olsun <3
Bu yorum görüntülenemiyor
Bu yorum görüntülenemiyor
Dronqo okurunun profil resmi
Həmişəki kimi mükəmməlsənn İnci💜
İnci Zadə okurunun profil resmi
Təşəkkür edirəm <3
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.