Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

314 syf.
9/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Manipulyasiya nədir və necə olunur.
Əgər bu kitabla bağlı oxuduğunuz ilk incələmə budursa,daha artığını oxumayın.Kitabın arxasına da baxmayın və sona dair fərziyyələr də qurmayın.Sakitcə kitabı tapın/alın/yükləyin və oxuyun.Gözləntisizlik hər zaman,hər mövzuda daha yaxşıdır:) Oxuduğum ilk CoHo(qısaltma mənim fikrim deyil:/) kitabı idi və yazıçının digər kitablarını da oxumağı düşünürəm.Çünki sözün əsl mənasında qorxduğumu, bariz şəkildə həyəcanlandığımı çox az kitabda hiss etmişəm.Bu o "çox az" olan kitablardan biridir.Ayrıca
Rebecca
Rebecca
kitabını da xatırlatdı. Spoiler Kitabın sonundakı sual hər oxucu kimi mənim də beynimi məşğul edir.Həqiqətən də Verity hansı gerçəkliyi manipulyasiya edirdi? Əslində kitabın əvvəlki səhifələrində sonunu az-çox təxmin etmişdim.Bütün o dəhşətli düşüncələrin xəyal məhsulu olduğuna inanırdım.Lakin Lowen otobioqrafiyanı oxuyarkən düşündüyü bir fikir məni öz düşüncəmdən daşındırdı: "Aniden hiç şüphesiz okuduklarımın gerçek olduklarını fark ettim. Eğer gerçek olmasa bir anne kendisi için -kızları için- bunu yazmazdı. Bu duygulara veya düşüncelere sahip olmayan bir anne bunları hayal bile edemezdi. Verity'nin ne kadar iyi bir yazar olduğu umurumda değildi; eğer gerçekten tecrübe etmemiş olsa, böyle korkunç bir şey yazıp da bir anne olarak kendini kötülemezdi." Həm də hər şeyin bəsit bir yazar metodu olması fərziyyəsi bəzi hadisələri izah etmir, zənnimcə.Yenə də Verity'nin olduqca güclü manipulyator olması şübhəsizdir.Öldükdən sonra belə sadəcə bir kağız və bir qələmlə gerisində cavablandırılması mümkünsüz suallar qoyması,beyində "bəlkələr" saxlaması bunu sübut edir.Siz nə düşünürsüz?
Verity
VerityColleen Hoover · Independently Published · 20184,805 okunma
·
488 görüntüleme
Əsmər İsmayılova okurunun profil resmi
Kitabı indicə oxuyub bitirmişəm. Dəhşətlər içindəyəm🤯😰
Lyanna okurunun profil resmi
Mən də,hələ də:) Kitabı oxumağımın üstündən bu qədər müddət keçməsinə baxmayaraq bəzən sonluğu düşündüyüm olur..
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.