Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

287 syf.
·
Puan vermedi
·
3 günde okudu
Çətinliyə düşdüyümüz zaman, birindən yardım umduğumuz zaman ya da ən bəsiti ən xoş, sevgi dolu anlarımızda ailəmizdən sonra başqa kəslərin olmasını arzulayırıq. Bir çoxlarımız sadiq dostlar deyəcəyik, amma kimin həqiqətən etibarlı olduğunu bilə bilərik? Dostluqla tutub, düşmənliklə yıxma deyiblər. Bəli, dostluğu edirsənsə şərəflə, ləyaqətlə edəsən gərək. Bir üzünün arxasına yüzlərlə üz gizlədərək yox. İnsan daim seçim qarşısındadır, bu seçimin asan və ya çətin olması bizim gələcək həyatımızın trayektoriyasını cızır. Həyatımıza aldığımız insanların həqiqi üzlərini bilə bilmirik. Onun üçün ətrafımızda gördüyümüz insan çoxluğu bizi məmnun edir. Ancaq gəl görki o insan çoxluğu bizə hansı zərbələri vurmaq üçün fürsət gözləyir. Qarmaqarışıq.... Gənc yazarımız
Nəimi
Nəimi
dostluq, xəyanət, ailə, təhsil həyatı və müasir cəmiyyətin bir neçə problemlərini qələmə almışdır. Məhz kitabda da olduqca aktual məsələlər əks olunmuşdur. Kitabla bağlı çox nüansı qeyd edib spoiler vermək istəmirəm açıqcası. Son olaraq bunu deyim ki; İnsanlar arası münasibət ən əsasda dostluq münasibətləri sarğıya bənzəyir. Sarıyarkən yaranı sağaldar, ancaq çıxararkən canımızı yaxar... Yaralı yerimizin hara olduğunu da elə ən yaxınımız bildiklərimiz bilmirmi? Yazarımızın orfoqrafik xətalarını nəzərə almasaq obrazlara aşıladığı rollar ilə birlikdə ortaya çox gözəl bir əsər çıxıb. Buradan yazarımıza uğurlar diləyirəm. Allah yolunuzu daim açıq etsin.
Nəimi
Nəimi
Kitabınızın bol oxuculu olması diləyi ilə.. Zamanının hər saniyəsinə dəyər verən mütaliə həvəskarları! Daima kitabla qalın.
Qarmaqarışıq
QarmaqarışıqNəimi · Bakı, Əlfəcin Nəşriyyatı · 2024110 okunma
··
662 görüntüleme
Nəimi okurunun profil resmi
Kitab olacaq cümlələr yazmısınız) Haqlısınız, yanımızda olanların özləri təhlükədəykən bizə nələr edə biləcəklərini əsla bilə bilmərik. Açığı eynilə də biz, necə davranarıq və ya özümü düşünürəm, mən nə edərəm. Kitabı bəyəndiyiniz üçün çox sevincliyəm. Zamanın hər saniyəsinə dəyər verən bir mütailə həvəskarı olaraq, mənim kitabıma da mütaliənizdə yer verdiyiniz üçün təşəkkürlər.)
Gülay Ehmedli okurunun profil resmi
Gözəl və bir o qədər dəyərli yorumunuz üçün mən də sizə təşəkkür edirəm. 🌼✨ Bir daha uğurlar diləyirəm ✨
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.