Gönderi

384 syf.
10/10 puan verdi
·
7 günde okudu
Salamlar hamıya Rikardito xəstədir. Onun xəstəliyinin adı yaramaz qızdır. Rikardito Çilili Lili, partizan qız Arletta, Madam Arnu, Missis Riçardson və Kuriko olaraq adlanan yaramaz qızla bir neçə dəfə qarşılaşır. Otuz ildən çox sürən məhəbbət hekayəsindən danışılır. Peruda başlayan məhəbbət Fransa, İngiltərə və İspaniyaya qədər uzanır. Rikardito yaramaz qıza buzov anasına vurulan kimi vurulmuşdur. Yaramaz qız isə "ağıllı oğlan" deyə müraciət etdiyi ona qarşı soyuqdur, etinasızdır. Buna baxmayaraq gözəlləmə adlandırdığı sevgi sözlərini eşitməkdən xoşu gəlir. Birdə cinsiyyət orqanının yalanmasından xoşlanır. Sevişirlər (proses vaxtı yaramaz qız etinasız olur) amma birlikdəlikləri davam edəcək kimi görünmür. Çünki yaramaz qızın həmişə münasibətləri (evli, məşuqə) olur. Sabahını qarantiyaya alacaq varlı kişi ilə yaşamaq istəyən yaramaz qız üçün azusu yalnız Parisdə yaşamaq olan, Yuneskoda tərcüməçilik edən Rikardito perspektivi olmayan bir insandır. Rikardito isə yaramaz qızdan vazgeçmək istəmir. Yazıçı kitab boyunca bir çox məkanın adını çəkir. Perunun siyasi-iqtisadi, toplumsal vəziyyətindən azdan çoxdan məlumatlı oldum. Perunu görmək istəyərəm. Yan obrazlar - gəncləri kordinatlıq edərək inqilab üçün Peruya təlimə göndərən gonbul Paul, hippi və rəssam olan Xuan Barreto, dilmanc Salomon Toledan, danışmaq istəmədiyindən boynundan asdığı taxtaya demək istədiyi sözləri yazan övladlığa götürülmüş İlal və dalğaqıran Arximed - çox maraqlıdır. Çox - çox bəyəndiyim kitab oldu. P.S Korrektəni bəyənmədim. Kömək sözü gömək kimi yazılıb. Bir obrazın adı gah Fukudo gah Fukuda kimi yazılıb. Açıl mötərizə bağlanmamış qalıb. Otelin adı fərqli yazılıb. "Fərasətsiz uşaq", "fərasətsiz oğlan" və ya "fərsiz uşaq" sözləri işlənib. Bu sözlər bilmədim səhvliklə "ağıllı oğlan" yerinə işlənib yoxsa "fərasətsiz" orijinalda var? Qanunun nəşrindən baş aça bilmirəm deyə mənə müəmmalı qaldı.
Yaramaz Qızın Sərgüzəştləri
Yaramaz Qızın SərgüzəştləriMario Vargas Llosa · Qanun Nəşriyyatı · 0144 okunma
·
71 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.