Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

Karamazov Qardaşları
Dostoyevskinin kitabları nə qədər ağır olsa da, çətin anlaşılsa da, oxumaq bir o qədər zövq verir. “Cinayət və Cəza” favorim idisə, bundan sonra “Karamazov qardaşları” o yeri tutur🌝 Bu əsər onun son və zirvədə olan romanıdır. Tərcümə ilə bağlı deyim ki, qanun nəşriyyatı tərcüməni yaxşı edib😊 O məhşur cümlə; Hamımız Karamazovuq, kimi bunu daha çox biruzə verir, kimisi daha az. Hamımız həyatda başımıza gələnləri sorğulayırıq, qəlbimizdəki inamı, qorxunu, sükunətimizi tanrıda axtarırıq. Dostoyevski elə bir roman yazıb ki, bu romanda güclü obrazlar, dərin dialoqlar və monoloqlar var. Elə Dostoyevski özü də hər obraza bir az yansıyıb. Bundan başqa romanda bir çox arqumentlər və aktuallığını itirməyən mövzular var, məsələn insan taleyi ilə bağlı məqamlar, kilsə və din, onun cəmiyyət və dövlət üçün əhəmiyyəti, o dövr Rusiyasının cəmiyyətdəki rolu, psixoloji və fəlsəfi düşüncələr və bu kimi bir çox arqumentlər.. #Karamazovqardaşları nın hekayəsi hamımız üçün bəlkə də həyat dərsidir. Dmitri Fyodr Pavloviç Karamazovun birinci yoldaşından olan oğlu, Alyoşa və İvan isə ikinci yoldaşından olan oğlanlarıdır. Və Smerdyakov Karamazovun kəbinsiz dünyaya gəlmiş oğlu. Təfərrüata çox varmayacam. Atalarının qətlində günahkar kimdir? Maraqlısı budur ki, ataları öz kefinə düşkün, mənəvi cəhətdən çürük, pislikləri ilə övladlarını utandıran, əclaf bir obrazdır. Onun ölümünü isə ən çox övladları arzulayır. Və budur qətl. Bu qətlin üstünün açılmasında hər bir obrazın daxili dünyası ilə, nöqsanları ilə tanış oluruq. Dmitrinin hisslərini cilovlaya bilməməsi, qısqanclığı, bəzən nəcibliyi, bəzən də ağılsızlığı, pula bağlılığı, şiddətə meyilliliyi, onu ehtiyyatsız davranışlara gətirib çıxarır. İvan Karamazov öz savadı, ağlı, fəlsəfəsi ilə, tanrını, dini sorğulaması ilə, hər şeyə şübhəylə yanaşmasıyla, siyasi yönləri ilə bizə yol-yoldaşlığı edir. Əsas qəhrəman Alyoşa isə tanrıya bağlılığı, insanlara qarşı hədsiz mehriban, sevgi ilə yanaşması, bütün çətinliklərin qurtuluşunu öz dininə olan inamında görən personajdır. Alyoşanın gənc yaşda bu qədər qəlbi təmiz, yaxşılqdan doymayan, istənilən vəziyyətdə doğru qərarlar qəbul etməyi məndə ona qarşı rəğbət oyatdı❤️ (belə qəhrəmanlar yalnız romanlarda olar) Gələk Smerdyakova. O elə bil insanda çatışan və çatışmayan bütün nöqsanların təccəsümü idi. Bəzən onu başa düşməyə çalışırdım, bəzən isə çox təəccüblənirdim. Qətlin, yaşanmışların səbəbkarlarından biri də Qruşenkadı. Bunu oxuyanlar başa düşdü nə demək istədiyimi. Qruşenka Nə istədiyini bilməsə də, çılğın qadın olsa da, onun Dmitriyə sonda olan bağlılığı, sevgisi onun qəlbinin yumşaq olduğunu, nəcibliyinin göstəricisidir. Məhkəmə səhnəsi məndə o qədər suallar, fikirlər yaratdı ki, hələ də o səhnənin ab-havasındayam. Hələ İlyuşinkanın hekayəsi. Bax o məni ağlatdı. Ona görə də, Dmitrinin başına gələnlərə üzülə bilmədim. Çünki uşaq qəlbinə toxunmaq, onu incitmək günahların bəlkə də ən böyüyüdür. Ürəyim doludur bu romanla bağlı. Təkrar-təkrar oxunulası əsərlərdəndir mənim üçün🩷 bir daha oxumaq ümidi ilə hələlik, Karamazovlar🥹❤️
·
46 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.