Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

191 syf.
10/10 puan verdi
burda heç olmasa ölüm təmizdir
Antoine de Saint-Exupéry dünyada ən çox oxunan əsərlərdən biri - "Balaca Şəhzadə" in müəllifi, yazıçı, eyni zamanda pilotdur. "Hərbi təyyarəçi" əsərini o ordusunda vuruşduğu Fransanın Almaniya qarşısında çöküşündən sonra getdiyi Amerikada yazmışdır(Balaca Şəhzadə kimi). Bu əsər onun uğurlu döyüş uçuşlarından bəhs etmir, ya da Avropada faşizmə qarşı mübarizədən və ya Fransanın cılız müdafiə cəhdlərindən...yox əsər bunlar haqda deyil.(ən azından sadəcə bunlar haqda). Qəhrəmanlıq romantikasının təsvirində ən yaxşılardan olan yazıçı bu əsərdə xeyirlə şərin döyüşünün əxlaqi tərəflərini ortaya qoyur, o, düşmənə heç bir tutarlı müqavimət göstərə bilməyən, lakin insan həyatını mənasız, sırf rəmzi mübarizə uğrunda qurban verən hökuməti davamlı tənqid edirsə də əsərin ön xəttində insani hisslərdir. Yazıçının əksər qəhrəmanları tənha, cəmiyyətdən kənar insanlardır, lakin bu onları laqeyd, qaba, hissiyyatsız varlıqlara çevirmir, əksinə onlar cəmiyyətdən uzaqlaşdıqca insanlar arasındakı münasibətlərin, ünsiyyətin, məhəbbətin gözəlliyini dərk edir, bu hisslərin həqiqi dəyərini verirlər. Bu əsərdəki pilot da məğlubiyyətə düçar bir ordunun cəsur fərdidir, o qalib olmağın mümkünsüz olduğu döyüşlərə çəkinmədən atılır. Axı insan idealı, insanın mahiyyəti bunları tələb edir. Əsəri sevdirən cəhətlərdən biri də odur ki yazıçıyla baş qəhrəman çox yaxındırlar hətta bəzən eyniləşirlər. Yazıçı təcrübədən keçirmədiyi, yaşamadığı hissləri, qəhrəmanlıqları və düşüncələri uydurmur, bildiyi mövzuları yazır. Exupéry'in digər əsərlərində də bu dəsti xətt var. Son olaraq bu cəsur hümanistin təyyarəsi 1944-cü ildə elə əsərdəki kimi təhlükəli kəşfiyyat uçuşlarının birində vurulmuşdur.
Savaş Pilotu
Savaş PilotuAntoine de Saint-Exupéry · Dokuz Yayınları · 20191,323 okunma
·
173 görüntüleme
Fətəliyeva Fatimə okurunun profil resmi
İncələmələriniz çox dərin bir mənaya malikdir,bunu hiss etmək mümkündür. Çox bəyəndim, umumiyyətlə ən zəif nöqtələrimdən biri savaş,döyüş mövzulardır. Kitabları mənalı bir şəkildə aydınlaşdırdınız, oxumağa bir gün cəhd edəcəm (duyğusal olmasam). Sizə xooş mütaliələr.🦋
Fareed okurunun profil resmi
Çox sağolun🐻. Ən qısa zamanda oxuyub fikirlərinizi bölüşməyiniz diləyilə.
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.