Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

212 syf.
·
Puan vermedi
Nikolas Sparks- Xatirə dəftəri. Bu gün sizlərə duyğusal və gözlənilməz sonluqları sevən, əsərləri 100 milyondan çox oxucuya çatan və bir çox dillərə tərcümə olunan Nikolas Sparksın “Xatirə dəftəri” kitabı ilə gəlirəm. Kitabda heç 20 yaşı da olmayan iki gəncin, iki fərqli dünyanın adamının bir yayda qarşılaşması... Bir-birlərinə ilk baxışdan aşiq olub, yayı birlikdə keçirdikdən sonra travmatik şəkildə yollarını ayırması.. İllər sonra bir araya gəldikdə baş verən hadisələrsən bəhs olunur. Hədiyyə olması kitabı mənim üçün daha da dəyərli etdi. Kitabı bitirdikdən sonra filminə də baxdım. Amma bəyənmədim. Çünki kitabla uyğunluğu çox azdır. Əgər siz sevgi romanı oxumağı sevirsinizsə Nikolas Sparksın kitablarını oxumalısınız “Qeyri-adi adam deyiləm – buna əminəm. Adi adamam, həyatım sadə olub, xüsusi fəlsəfəm-filanım da yoxdur. Mənə heykəl qoyası deyillər, adım da tezliklə unudulacaq. Amma sevmişəm. Ürəkdən, səmimi-qəlbdən sevmişəm və bundan artığını istəməmişəm”. "..və mən seçdiyim yola görə heç vaxt peşman olmamışam." " Hərçənd sevmişdi. Çoxdan, lap çoxdan sevmişdi- birinci və sonuncu dəfə. Bu sevgi onu büsbütün, əbədi dəyişmişdi. Gerçək sevgi adamın həyayında bu cür dərin izlər qoya bilir. " Mən səni günlərlə müşahidə eləmişəm. Çox gərgin işləyirsən,heç nəfəs dərmirsən. Bunu ya dəli eləyər, ya zırrama, yada unutmaq istəyən adam." "Fikirləşirdi ki, görəsən insan öz instinktlərini dəyişirmi. Həmişə sonda bu qərara gəlirdi ki, yox, dəyişmir. Ən azı əsas instinltlərini dəyişmir. İnsan həmişə aqresiv olub hakim mövqedə olmağa, dunyaya hökm etməyə, hər şeyi əlində saxlamağa can atıb." "Məsələn, mən hər gün onlardan istifadə edib yoıdaşımın əlindən tuturam. Bu toxunuş məni incidir, amma dözürəm. Dözürəm, çünki yoldaşım istəyir bunu. İstəyir ki əlindən tutum." " Zənnimcə insan ömrünün dəyəri onun son günləri ilə ölçülməz." "Gələcəkdə nə olur olsun, mən birgə keçirdiyimiz günləri həyatımın ən gözəl çağları sayacam. Mən həmişə sənin olacağam." " Deyəsən, sakitcə, dinib-danışmadan yanaşı oturmağı və bundan zövq almağı bircə qocalar bacarırlar. Cavanlar səbirsiz olur, mütləq o sükutu pozurlar. Amma çox nahaq yerə. Çünki sükut saf bir şeydir. Sükut müqəddəsdir. O, insanları bir-birinə yaxınlaşdırır. Amma yalnız qəlbən yaxın olan adamlar dinib-danışmadan birgə ola bilirlər. Belə bir təzad var. Böyük təzad…" " Kaş onu qucağıma alıb cənnətə aparmağa gücüm olaydı."
Xatirə Dəftəri
Xatirə DəftəriNicholas Sparks · Yay Nəşrləri · 0324 okunma
·
49 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.