Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

250 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
BİR şey ilə məşğul ol
- BİR şey həyatınızın bütün sahələrində xariqüladə nəticələr əldə etmək imkanı verir. Bəs sizin BİR ŞEYiniz nədir? - Rus atalar sözü: Eyni anda iki dovşan dalınca qaçsan, heç birini tuta bilməyəcəksən. - Uğur diqqəti yalnız bir şeyə cəmləyəndə mümkündür, diqqət dairənizi daraldın. Bütün işləri qırağa qoyub ən lazımlı əsas işdən yapışın - Müvəffəqiyyət qazanmaq istəyirsənsə, məqsədin böyük olsun. - Oq Mandino: Diqqətini bir şeydə cəmləyən bu dünyada qabağa gedir. - Müvəffəqiyyətin məqsədində BİR şey durur və bu, fövqəladə nəticələr qazanmaq üçün başlanğıc nöqtəsidir. - Mark Tven: Bizi bedbəxtliyə bilmədiyimiz yol aparmır, bizi bədbəxtliyə düzgünlüyünə əmin olduğumuz səhv yol aparır. - Publiliy Sir: Eyni vaxtda iki iş görmək onların heç birini görməmək deməkdir. - Stiv Yuzell: Çoxvəzifəlilik eyni anda bir neçə işi batırmaqdır. - Siz eyni anda iki işlə məşğul olmağa çalışsanız, ya alınmayacaq ya da pis alınacaq. - Tədqiqatlar göstərir ki, insanı gün ərzində orta hesabla 11 dəqiqədən bir işdən ayırırlar və bütün diqqət dağılmalarından sonra insan iş gününün üçdəbirini fikirlərini toplamağa sərf edir. Lakin biz düşünürük ki, bütün bunların fövqündə dura, vəzifəmizi vaxtında yerinə yetirə bilərik. Çoxvəzifəlilik fırıldaqdır, vəssəlam - Vərdişləri növbəli şəkildə formalaşdırın. Müvəffəqiyyət eyni anda yox, ardıcıl şəkildə gəlir. Heç kim eyni zaman kəsiyində bir neçə vərdiş əxz edə bilməz. - Hər bir adət və vərdiş orta hesabla 66 gün ərzində əxz olunur. Bir vərdişi əxz etdirdikdən sonra siz onu inkişaf etdirə yaxud yeni bir vərdiş formalaşdıra bilərsiniz. - Zamanla mərc etməyin, uduzarsınız. Bir adam var idi bazar günlərində belə işləyirdi, ailəsinə şəxsi həyatına vaxt ayırmırdı. Zaman gəldi işləri yaxşı oldu biznesini qurdu və artıq işləməyə ehtiyacı yoxdur artıq ailəsinə özünə vaxt ayıra bilir, ancaq artıq gec deyilmi? Uşaqlar böyüyüb özü yaşlanıb. Sizcə hər şeyi zamanında yaşamaq gözəldir yoxsa onların heyfini qocalqnda və ya pullananda çıxarmaq?
Bir Şey
Bir ŞeyGary Keller · Teas Press · 2022255 okunma
·
44 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.