Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Gönderi

160 syf.
·
Puan vermedi
İohan Volfqanq Hötenin ən məşhur əsərlərindən biridə Gənc Verterin İztirablarıdır. Əsərdə həqiqətəndə Verterin çəkdiyi əzab, iztirablar çox aydın şəkildə oxuyucuya çatdırılmışdır. Verterin qardaşı Vilhemə yazdığı məktublar onun daxili dünyasını açır. Kitabın dili olduqca axıcıdır. Son cümləyə kimi həyəcanla oxudum. Verterin eşqi hər insana nəsib olmayan bir eşqdən idi. Onun Lottaya olan sevgisini heyranlıqla oxudum. Bir insan ancaq bu qədər mükəmməl sevilə bilərdi. Amma heyf ki, Lotta bunu anlaya bilmədi. Verter Lottanın nişanlı olduğunu bilə bilə aşiq olmuşdu. Hər Vilhemə məktubunda Lottanın qara gözlərinin necə füsünkar olduğunu deyir. Ona necə hörmət etdiyini, aşiq olduğunu dilə gətirirdi. Verter Lottayla çox xoşbəxt idi, ta ki, Lottanın nişanlısı Albert gələnə qədər. Bəzən Albertin Lottadan ayrılmasını Verterdən çox istədim, amma Albert də olduqca yaxşı biri idi və o da Lottanı çox sevirdi. Verter Albertlə dost olsada, bu dostluğun uzun olmaycağı məlum idi. Verter onların evlənməyini qəbul edə bilmirdi. O, biraz da kaş özünə dəyər versəydi. Verter Lottanı sevdikdən sonra özünə birazda olsa sevgi saxlamadı, hər şeyi Lotta oldu. Bəlkədə Verterin intahar düşüncəsindən dönməsi mümkün olardı, Lotta son görüşlərindəki sözləri ona deməsəydi. Lotta Verteri sevirdi, hər nə qədər özü bunu qəbul etməsə də bu beləydi. Verterin Lottaya yazdığı məktubunda mənə ən təsir edən sözü "Mənim ruhum tabutumun üzərində dolaşır, qoyma ciblərimi eşələsinlər." Çünki Verterin cibində Lottanın ona hədiyə etdiyi bandı vardı. Kaş ki, əsər Lottayla Verterin xoşbəxtliyi ilə bitərdi, lakin bu Albertədə haqsızlıq olmuş oları. Verterin İztirabları bir insanı hədsiz çox sevməyinin nəticəsi oldu. Yenədə uzun müddət təsirdən çıxa bilməyəcəyim əsərlərdən biri.
Gənc Verterin İztirabları
Gənc Verterin İztirablarıJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0121,1bin okunma
·
1 artı 1'leme
·
13 görüntüleme
Yorum yapabilmeniz için giriş yapmanız gerekmektedir.